525.Az

Oktyabda Bakı-Bişkek-Bakı aviareysi açılacaq


 

Oktyabda Bakı-Bişkek-Bakı aviareysi açılacaq<b style="color:red"></b>

Bu il oktyabr ayının 26-dan etibarən, həftədə iki dəfə olmaqla Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyəti Bakı-Bişkek-Bakı birbaşa uçuşlarını həyata keçirməyə başlayacaq.
 
Azərbaycanın Qırğız Respublikasındakı səfirliyindən 525.az-a verilən məlumata görə, artıq AZAL-ın rəsmi saytında da Bakı-Bişkek-Bakı reysi üçün onlayn bilet sifariş etmək mümkündür.

Saytdakı qrafikə əsasən, uçuşlar həftənin bazar günü saat 10:10-da və çərşənbə axşamı saat 20:20 müasir, komfortlu "Airbus-A320" tipli hava gəmiləri ilə həyata keçiriləcək.   

 





06.08.2014    çap et  çap et