525.Az

Əfqan telekanalı “Azərspace-1” peyki üzərindən yayımlanacaq


 

Əfqan telekanalı “Azərspace-1” peyki üzərindən yayımlanacaq<b style="color:red"></b> “Azərkosmos” ASC ilə “Əfqan Payvastun Media Kommunikasiya” (APMC) şirkəti  “Batur” TV-nin “Azərspace-1” peyki üzərindən açıq yayımı və ilə bağlı müqavilə imzalayıb.
 

525.az-ın Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu ayın 6-da imzalanan müqavilə ilə “Batur” TV milli peykimiz üzərindən yayımlanacaq ilk əfqan televiziya kanalı olacaq. Sözügedən müqavilə “Azərkosmos”a əfqan yayım bazarına qapı açdığından şirkət üçün böyük əhəmiyyət kəsb edir. İmzalanma prosesi zamanı “APMC”-nin prezidenti Masud Ameri “Azərkosmos” komandasının müqaviləyə hazırlıq mərhələsində göstərdiyi həvəs və peşəkarlığı yüksək qiymətləndirib.
 
“APMC” şirkəti “Azərkosmos”la əməkdaşlığa ilk dəfə bu il Əfqanıstanda keçirilən Prezident seçkiləri zamanı qısamüddətli tutum istifadəsi xidmətində istifadə etməklə başlayıb. “Azərkosmos”un göstərdiyi xidmətdən razı qalan şirkət daha uzunmüddətli müqavilə imzalamaq qərarına gəlib.
 
Masud Ameri “Azərkosmos”la digər əfqan kanallarının da “Azərspace-1” peyki üzərindən yayımlanması və Azərbaycan - Əfqanıstan arasında peyk kommunikasiya sahəsində əməkdaşlığın genişləndirilməsinin perspektivlərini müzakirə edib.
 





07.08.2014    çap et  çap et