525.Az

Dünən yol qəzalarında 4 piyada ölüb


 

Dünən yol qəzalarında 4 piyada ölüb<b style="color:red"></b>

Noyabrda 2-də Azərbaycan ərazisində piyadaların ölümü ilə nəticələnən ağır yol qəzaları baş verib.

525.az-ın DİN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, Cəlilabad rayonu ərazisində Göytəpə şəhər sakini Taleh Şirinov "QAZ-5312" markalı avtomaşını idarə edərkən yolu keçən Bakı şəhər sakini Azər Səfərovu vurub. Nəticədə Səfərov hadisə yerində ölüb.

Həmin gün saat 23:00 radələrində Masallı rayonunun İsgəndərli kəndi ərazisində rayon sakini Fərid Rəhmanov "VAZ-2101" markalı avtomaşını idarə edərkən yolu keçən həmyerlisi Röyalə Səfərlini vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Oktyabrın 2-də saat 16:30 radələrində Bakının Nizami rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla Bakı şəhər sakini Cəmaləddin Əzizov vurulub. Nəticədə xəsarət almış piyadaya xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılıb.

Sumqayıt şəhəri ərazisində şəhər sakini Əbülfət Hüseynov "QAZ-31" markalı avtomaşını idarə edərkən yolu keçən şəhər sakini Tamara Orucovanı vurub. Nəticədə Orucova hadisə yerində ölüb.

Xətai rayonu ərazisində, şəxsiyyəti müəyyən edilməmiş sürücü "VAZ-21015" markalı avtomaşını idarə edərkən (avtomaşın Əmircan qəsəbə sakini Fərid Məmişova məxsusdur) Bakı şəhər sakini Teymurov Buludu vurub. Nəticədə piyada hadisə yerində ölüb.

 





03.11.2012    çap et  çap et