525.Az

Dənizdə batan uşaqlardan daha birinin meyiti tapılıb


 

Dənizdə batan uşaqlardan daha birinin meyiti tapılıb<b style="color:red"></b> Bakıda dənizdə batan uşaqlardan daha birinin meyiti tapılıb.
 
APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, 10 yaşlı Kəmalə Qafil qızı Əliyevanın meyiti batdığı yerdən 800-900 metr aralıda, qayaların yanında aşkarlanaraq ailə üzvlərinə təhvil verilib.
Onun qardaşı 9 yaşlı Elgün Qafil oğlu Əliyevin axtarışları davam etdirilir.
 
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Sulardan Xilasetmə Xidmətindən APA-ya verilən məlumata görə, Şüvəlan çimərliyindən 8 km aralıda, qadağan olunmuş ərazidə 10 yaşlı Kəmalə Qafil qızı Əliyeva, onun qardaşları - 9 yaşlı Elgün Qafil oğlu Əliyev, 6 yaşlı Fariz Qafil oğlu Əliyev, 14 yaşlı Aydan Fikrət qızı  Fərziyeva, onun qardaşı, 9 yaşlı Hüseyn Fikrət oğlu Fərziyev batıb.
 
6 yaşlı Fariz Qafil oğlu Əliyev, 14 yaşlı Aydan Fikrət qızı  Fərziyeva, onun qardaşı, 9 yaşlı Hüseyn Fikrət oğlu Fərziyevin meyitləri bir qədər əvvəl tapılaraq ailələrinə təhvil verilib.
 
Dövlət Sulardan Xilasetmə Xidmətindən həmçinin bildirilib ki, məlum hadisəyə valideyn nəzarətsizliyi səbəb olub. Belə ki, həmin uşaqlar dünən axşam saatlarında valideynlərinin nəzarəti olmadan çimərliyə gediblər və nəticədə belə bir faciəli hadisə baş verib.
 
Dövlət Sulardan Xilasetmə Xidməti vətəndaşlara müraciət edərək onları su hövzələrində diqqətli olmağa, azyaşlı uşaqları nəzarətsiz buraxmamağa, qadağan olunmuş yerlərdə ümumiyyətlə çimməməyə çağırıb.
 





07.08.2014    çap et  çap et