525.Az

Ziya Bünyadov prospekti bağlana bilər


 

Ziya Bünyadov prospekti bağlana bilər<b style="color:red"></b> Bakının Ziya Bünyadov prospektində nəqliyyatın hərəkətinə tam məhdudiyyət qoyula bilər.
 
“Azeryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev “APA-Economics”ə bildirib ki, bəzi sürücü və obyekt sahibləri prospektdə həyata keçirilən yenidənqurma işlərinə ciddi şəkildə maneələr yaradır.
 
“Biz Böyükşor gölündən Atatürk prospektinin kəsişməsinədək üçqat asfalt-beton örtüyü işlərini yerinə yetirmişik. Hazırda aşınma qatını vurmaq istəyirik. Amma bu heç cür mümkün deyil. Çünki, bəzi sürücülər avtomobilləri yolun hərəkət hissəsində - yolun sol, sağ, hətta ortasında saxlayır. Bundan başqa, ərazidə yerləşən ticarət obyektlərinin sahibləri tikinti materiallarını yolun hərəkət hissəsində satırlar. Alternativ yol təşkil olunsa da, bəzi sürücülər yolun əks istiqamətinə çıxaraq Böyükşora gedən yolla hərəkət edən nəqliyyat vasitələrinə mane olur. Nəticədə sıxlıq yaranır. Artıq vəziyyət pik həddə çatıb. Bütün bunlar ərazidə təmir işləri aparmağa mane olur”, - deyə P. Mürsəliyev vurğulayıb.
 
Bunları əsas gətirən P. Mürsəliyev qeyd edib ki, “Azeryolservis” həmin ərazidə yerləşən obyekt sahiblərinə və sürücülərə sonuncu dəfə xəbərdarlıq edib: “Xəbərdarlığa əməl olunmasa, Ziya Bünyadov prospektində nəqliyyatın hərəkətinə tam məhdudiyyət qoyulacaq”.
 





07.08.2014    çap et  çap et