525.Az

Rusiyada azərbaycanlı gənc göldə boğulub


 

Rusiyada azərbaycanlı gənc göldə boğulub<b style="color:red"></b>

Rusiyada azərbaycanlı gənc göldə boğulub.

Yaxınlarının APA-ya verdiyi məlumata görə, hadisə Rusiyanın Sankt-Peterburq şəhərində qeydə alınıb.

Azərbaycanın Şirvan şəhərindən olan, 1995-ci il təvəllüdlü Murad Heydərli Sankt-Peterburq şəhərində göldə çimərkən boğularaq ölüb.

Mərhumun cənazəsi dünən Azərbaycana gətirilərək doğulduğu rayonda dəfn edilib.

Yaxınlarının dediyinə görə, M. Heydərli 1998-ci ildən ailəsi ilə birlikdə Sankt-Peterburq şəhərində yaşayıb. O, bu il kollec məzunu olub.

M. Heydərli Sankt-Peterburqda fəaliyyət göstərən uşaq futbol komandalarında iştirak edib, "Paralel" mini futbol komandasının qapıçısı olub.

 

 





07.08.2014    çap et  çap et