525.Az

İyul ayında nə qədər elektron imza verilib?


 

İyul ayında nə qədər elektron imza verilib?<b style="color:red"></b> Ölkəmizdə e-imza sertifikatlarının sifariş sayında artım müşahidə olunur.
 
525.az-ın Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Məlumat Hesablama Mərkəzinin (MHM) açıqladığı son statistik göstəricilərə görə, iyul ayı ərzində 1639 e-imza kartı istifadəyə verilib. Belə ki, dövlət qurumlarına 800, hüquqi şəxslərə 759, fiziki şəxslərə isə 80 e-imza kartı təqdim olunub.
 
Mərkəzə daxil olan sifarişlərə əsasən indidən demək olar ki, bu statistika gələn aylar üçün daha da artacaq.
 
Xatırladaq ki, ümumilikdə indiyədək verilmiş elektron imzanın sayı 20 mini ötüb.
 





07.08.2014    çap et  çap et