525.Az

ABŞ-dakı erməni lobbisi konqresmenləri ermənipərəst mövqe tutmağa təhrik edir


 

ABŞ-dakı erməni lobbisi konqresmenləri ermənipərəst mövqe tutmağa təhrik edir<b style="color:red"></b>

Amerika Erməni Milli Komitəsi (ANCA) bu il ABŞ-da keçiriləcək Konqresə seçkilərlə bağlı Ermənistan-Amerika məsələləri - 2014- il üçün namizədlərin anketini hazırlayıb.

"
Trend"in məlumatına görə, anketdə Azərbaycan Türkiyə ilə bağlı məsələlər yer alıb burada bir daha erməni yalanı hiyləsi, ermənilərin türklərə azərbaycanlılara qarşı məkrli münasibətləri özünü açıq-aydın şəkildə göstərir.

Anketdə namizədlərdən Amerikada erməni seçiciləri "narahat edən" suallar təqdim olunur doldurulmuş anketlərin questionnaire@anca.org email ünvanına ya faksla ANCA -ya göndərilməsi tələb edilir.

Namizədlərin anketində bir sıra məsələlər, o cümlədən qondarma "erməni soyqırımı" ilə bağlı suallar yer alıb.

Qondarma "erməni soyqırımı" ilə bağlı hissədə guya Türkiyənin erməni soyqırımına dair həqiqəti düzgünlüyü, 1915-1923- illərdə Osmanlı İmperiyasının 1,5 milyondan çox erməni digər xristian millətlərini sistematik məqsədli şəkildə kütləvi qətlə yetirilməsini inkar etdiyi qeyd olunur namizədlərə iki sual verilir:

1) Erməni soyqırımının ədalətli düzgün həll edilməsini təmin edən qanunvericiliyi dəstəkləyəcəksiniz?

2) Türkiyə tərəfindən oğurlanmış müsadirə edilmiş Xristian kilsə digər dini əmlakların qaytarılmasını təmin edən qanunverici ya digər səyləri dəstəkləyirsiniz?

Anketdə bildirilir ki, ABŞ-ın dəstəyi ilə Ermənistanda demokratiya iqtisadi vəziyyət gücləndirilib Türkiyə-Azərbaycan tərəfindən ikili blokadanı aradan qaldırmağa kömək edib. Namizədlərdən Ermənistanda müstəqillik özünəinamın güclənməsinə yönəlmiş ABŞ proqramlarını ABŞ-ın Dağlıq Qarabağa göstərdiyi daimi inkişaf humanitar yardımı dəstəkləyib-dəstəkləmədikləri soruşulur.

Anketdə Amerika-Ermənistan arasında genişlənən ikitərəfli ticarət investisiya layihələrinin Amerika erməni millətləri arasındakı əlaqələrin davam etdirilməsinə imkan yaratdığı qeyd edilir namizədlərdən ABŞ-la Ermənistan arasında iqtisadi əlaqələri genişləndirəcək ticarət investisiya layihələrinin həyata keçirilməsini dəstəkləyib-dəstəkləmədikləri soruşulur.

Anketin "Dağlıq Qarabağın öz müqəddəratını təyin etməsi" yarımbaşlıqlı hissəsində guya saxta "Dağlıq Qarabağ Respublikası"nda yaşayan insanların Sovet tiranlığı Azərbaycanın təcavüzünə üstün gələrək demokratik, azad, bazaryönlü cəmiyyət quraraq regionda sülh sabitlik naminə çalışdıqları deyilir. Namizədlərdən isə soruşulur: "Dağlıq Qarabağ Respublikası"nın təhlükəsizlik demokratiya sahəsində inkişafını dəstəkləyirsinizmi?"

Anketdə bildirilir ki, neftlə zəngin olan Azərbaycan dövləti guya Ermənistan Dağlıq Qarabağa sərhəd boyunca hücumları davam etdirir, daimi qərəzliyini davam etdirəcəyini bəyan edir, Ermənistan qarşısında torpaqlara dair iddiası ilə çıxış edir ermənilərə qarşı açıq-aşkar nifrət hissini təhrik edir. Anketin bu hissəsində namizədlərə belə bir suallar ünvanlanır:

1) Sərhəd boyunca olan hücumları, müharibənin yenidən başlamasını təhlükə altında saxladığı, regional münaqişələri sülhməramlı tədbirlər vasitəsi ilə həll olunmasını mümkün edə bilmədiyi təqdirdə ABŞ-ın Azərbaycana verdiyi hərbi yardımın dayandırılmasını dəstəkləyirsiniz?

1992-ci ildə ABŞ Konqresi Azərbaycanın Ermənistan Qarabağa qoyduğu blokadaları aradan qaldıracağına qədər Azadlığa dəstək aktına 907-ci düzəlişi qəbul etdi. 2001-ci ildə Konqres bu qanunu yenidən təsdiqlədi, lakin prezidentə onu ləğv etmək üçün məhdud səlahiyyət verdi.

2) 907-ci düzəlişin davam etdirilməsini dəstəkləyirsiniz?

Anketin "Türkiyənin Ermənistana qarşı qanunsuz blokadasının aradan qaldırılması" yarımbaşlıqlı hissəsində bildirilir ki, 1996- ildə Konqres Türkiyənin ABŞ tərəfindən humanitar yardımın Ermənistana çatdırılmasına maneə yaradan Türkiyənin qanunsuz blokadasına qarşı Humanitar yardım Koridor Aktını qəbul etdi. Namizədlərdən isə Türkiyənin Ermənistana qarşı qoyduğu qanunsuz blokadanın aradan qaldırılmasına yönəlmiş qanunverici digər səyləri dəstəkləyib-dəstəkləmədikləri soruşulur.

Ermənistan-Amerika məsələləri - 2014- il üçün namizədlərin anketində guya ermənilər, xristianlar digər azlıqların regional münaqişələrə məruz qaldığı dini azadlıqlara qarşı artan qeyri-tolerant münasibətlə üzləşdikləri deyilir namizədlərdən soruşulur:

1) Risk altında olan Ermənilər Orta Şərqdə yaşayan digər xristianların diplomatik qoruyucu səylərini dəstəkləyirsinizmi?

Bu sənəd bir daha onu göstərir ki, ermənilər ABŞ konqresmenlərini ermənipərəst mövqe tutmağa təhrik edirlər onların Azərbaycana Türkiyəyə qarşı münasibətlərinə təsir edirlər. ABŞ-dakı erməni lobbisinin əsas ideoloji mərkəzi funksiyasını yerinə yetirən araşdırma mərkəzlərinin fəaliyyəti sistemli şəkildə həyata keçirilməkdədir. Bu cür araşdırma mərkəzlərinin məqsədi Azərbaycan Türkiyənin beynəlxalq mövqelərini zəiflətmək, saxta tarixi dünya ictimaiyyətinə sırımaqdır.

 





07.08.2014    çap et  çap et