525.Az

Qaranlıq fəaliyyətin məntiqli sonu


 

Qaranlıq fəaliyyətin məntiqli sonu<b style="color:red"></b>

Neçə illərdən bəri Azərbaycanın əleyhinə fəaliyyət göstərən xarici qüvvələrlə işbirliyində olduğu söylənilən Sülh Demokratiya İnstitunun rəhbəri, cəmiyyətdə hüquq müdafiəçisi kimi tanınan Leyla Yunusun həbsi son günlər ictimai fikrin diqqətini çəkən ən ciddi hadisələrdəndir. L.Yunusun hüquq-mühafizə orqanları tərəfindən saxlanılmasının ilkin səbəbi kimi onun prokurorluq orqanlarının dəvətlərinə nümayişkaranə şəkildə məhəl qoymayaraq "Zerkalo" qəzetinin həbs olunmuş əməkdaşı Rauf Mirqədirovla bağlı başlanmış cinayət işi üzrə  istintaq prosesində ifadə verməkdən imtina etməsi göstərilirdi. O, hər dəfə istintaqa ifadə verməklə bağlı dəvət gələndə, müxtəlif bəhanələrlə dövlətin Konstitusiyasına qanunlarına hörmətsiz yanaşaraq çağırışlara məhəl qoymur, ifadə verməyə getməkdən imtina edirdi. Sonradan L.Yunus haqqında həbs-qətimkan tədbiri seçiləndə onun istintaqdan niyə yayınmasının motivləri aydınlaşdı. Onun özünə qarşı dövlətə xəyanət ittihamı ilə cinayət işi açıldı, anti-Azərbaycan qüvvələrlə işbirliyində olub Azərbaycan əleyhinə fəaliyyət göstərmək ittihamı irəli sürüldü. Cinayət işi üzrə Baş Prokurorluğun Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarından ibarət yaradılmış istintaq-əməliyyat qrupunun apardığı istintaq zamanı məlum oldu ki, jurnalist R.Mirqədirov Azərbaycan əleyhinə fəaliyyətə məhz Sülh Demokratiya İnstitutunun rəhbəri L.Yunus tərəfindən təhrik edilib. Hətta R.Mirqədirov özü bunu hüquq müdafiəçisi Elçin Behbudovla görüşündə etiraf etdi bildirdi ki, o, erməni xüsusi xidmət orqanları ilə öz təşəbbüsü ilə yox, L.Yunusun tapşırığı ilə təmaslar qurub.

Əslində, Leyla Yunusun Azərbaycan əleyhinə aparması Azərbaycan cəmiyyəti üçün yeni xəbər deyildi. O, istər siyasi fəaliyyəti dövründə, istərsə "hüquq müdafiəçisi" kimi çalışdığı illərdə bir qayda olaraq cəmiyyətdə anti-Azərbaycan fəaliyyəti ilə daim diqqət mərkəzində olub. Hələ 1988-ci ildən etibarən A.Yunus həm Ermənistanın o vaxtkı siyasi rəhbərliyinin təmsilçiləri, həm yenicə formalaşan ümumerməni cəbhəsindən olan adamlarla üçüncü ölkələrin ərazisində çoxsaylı görüşlər keçirirdi. 1991-ci ildə A.Yunus erməni xüsusi xidmət orqanlarının məxfi əməkdaşı Laura Baqdasaryanla, 2000-ci ilin oktyabrında dırnaqarası "Dağlıq Qarabağ Respublikası"nın Helsinki Vətəndaş Assambleyasının fəallarından biri Janna Alekseyeva-Krikorova ilə tərəfdaşlığa başlamışdı. Onun digər tərəfdaşları arasında Ermənistan parlamentinin keçmiş əməkdaşı Aleksandr İsgəndəryan, Ermənistan xüsusi xidmət orqanlarının sabiq rəhbəri David Şahnazaryan, Migen Xaçaturyan, "Daşnaksütyun" partiyasının Qarabağ qanadının fəalları, o cümlədən David İşxanyan digərləri var idi.

Bir müddət əvvəl isə Leyla Yunus erməni dostları ilə birgə sayt yaratmışdı. Layihə Ermənistandakı "Region" araşdırma mərkəzi ilə birgə həyata keçirilirdi. Layihə qarşı tərəflə bağlı məlumatların artırılması, ermənilərlə azərbaycanlılar arasında qarşılıqlı anlaşmanın ilk əldən təsdiqlənməsinə xidmət edirdi. Xatirlayırsınızsa, sayt açılan kimi Leyla Yunusun dostu olan azərbaycanlı erməni jurnalistlər "İrs" partiyasının sədri Raffi Ovannisyandan müsahibə almışdılar. Müsahibədə Azərbaycanın işğal altındakı əraziləri "Dağlıq Qarabağ Respublikası" kimi təqdim olunurdu. Raffi Ovannisyan xəyal dünyasına o qədər qapılmışdı ki, Azərbaycan Dağlıq Qarabağ arasında sərhədlərin demarkasından, mehriban qonşuluq münasibətlərindən dəm vururdu. qədər qəribə olsa da, müsahibədə iştirak edən Leyla Yunusun seçdiyi "azərbaycanlı jurnalistlər" Raffi Ovannisyana münaqişə ilə bağlı yox, yalnız Ermənistandakı siyasi vəziyyət prezident seçkiləri ilə bağlı suallar vermişdilər.

Leyla Yunus öz həyatının "hüquq müdafiəçisi" karyerasının böyük bir hissəsini Azərbaycan xalqına, dövlətinə qarşı mübarizədə keçirib. Hələ AXC hakimiyyəti dövründən tutduğu mühüm dövlət postundan başladığı bu mübarizəni o, ölkəmizin qüdrətləndiyi indiki dövrdə QHT rəhbəri kimi davam etdirməkdə israrlı olub. Onun fəaliyyəti ilə az-çox tanış olan hər kəsə məlumdur ki, Leyla Yunus daim Azərbaycanın istənilən uğuruna qarşı qısqanclıqla yanaşıb. Onun həyat fəaliyyəti sanki bütünlüklə yaşadığı ölkəni gözdən salmağa hesablanmışdı. Bu fəaliyyətdə isə onun tərəfdaşları yalnız Azərbaycan torpaqlarını işğal edən düşmən dövlətin təmsilçiləri ilə idilər.

Əvvəl-əvvəl o, əsas gücünü guya Azərbaycanda demokratiya insan haqlarının qorunmasına yönəltmişdi. Bu məqsədlə xeyli layihələr icra edib guya Azərbaycanda demokratiyanın səviyyəsini qaldırmağa çalışırdı. Amma əsas fəaliyyət istiqaməti yaşadığı ölkəni gözdən salmaq, Avropaya, dünyaya barbar kimi təqdim etmək idi. Sonrakı illərdə o, bu fəaliyyətini davam etdirdi. Özü yeni "çalarlar" əlavə etməklə. Bu dəfə əsas diqqətini Azərbaycanda "siyasi məhbus" məsələsinə yönəltdi. Özünü bu istiqamətdə peşəkar kimi təqdim edib siyasi məhbus siyahıları tutmağa başladı. O siyahılara kimlərin adları daxil edilmədi. Ən ağır cinayətlərdə günahlandırılanlar, qatillər, Bakıda Azərbaycan xalqına qarşı terror aktları törədənlər siyasi məhbus kimi təqdim olundu. Dövlət onların həbsdən azad edilməsinin mümkün olmadığını bildirəndə isə, beynəlxalq təşkilatların artıq alışdığımız hesabatları meydana çıxmağa başladı.

Bu prosesin ikinci mərhələsində Leyla Yunus əsas fiqurlardan biri oldu. Heç bir əsas olmadan Avropa Şurası Parlament Assambleyası Azərbaycana yenidən siyasi məhbus məsələsi üzrə məruzəçi təyin etdi. Hansı ki, sonradan həmin məruzəçinin hazırladığı qərəzli hesabat avropalıların özləri tərəfindən inkar edilərək qəbul olunmadı. Təbii ki, Azərbaycanda fəaliyyət göstərən hüquq müdafiə təşkilatları da birmənalı şəkildə hesabatın ədalətli olmadığını vurğuladılar. Amma bu acı məğlubiyyət Leyla Yunusu sakitləşdirmədi. O yenə siyasi məhbus siyahıları hazırlamaqda davam etdi. Hətta bir az da qabağa gedərək hazırladığı siyahıları şübhə altına alan digər hüquq müdafiəçilərini şantaj etməyə başladı.

Leyla Yunus üçün Azərbaycanda heç vaxt müsbət heç olmayıb. Onun əsas fəaliyyət istiqamətlərindən biri Azərbaycanda keçirilən beynəlxalq tədbirlər ərəfəsində ölkəni gözdən salmaq cəhdi olub. Məsələn, 2012-ci il "Avroviziya" musiqi yarışması ərəfəsində xaricdən hazırlanan ölkə daxilində icra olunan "Demokratiya naminə oxu" kampaniyasının əsas hərəkətverici qüvvəsi məhz Leyla Yunus idi. Bu kampaniya çərçivəsində həm ölkə daxilində, həm xaricdə Azərbaycan əleyhinə genişmiqyaslı aparıldı. Həmin dövrdə Leyla Yunusun fəaliyyəti vətənə, xalqa əsl xəyanət nümunəsi kimi dəyərləndirilirdi. Belə ki, hər vəchlə ümumavropa musiqi yarışmasının Azərbaycanda keçirilməsinə mane olmağa çalışan L.Yunus bu məqsədlə ən qatı anti-Azərbaycan qüvvələrlə işbirliyinə getməkdən belə çəkinmirdi. Həbs olunandan az öncə isə "hüquq müdafiəçisi" gələn il Azərbaycanda keçiriləcək Birinci Avropa Olimpiya Oyunları əleyinə kampaniyaya start vermişdi. O heç nədən çəkinmədən bəyan edirdi ki, Azərbaycan bu oyunları keçirə bilməz. Təsəvvür edin, o bu kampaniyanı dövlətə xəyanət maddəsi ilə qaldırılan cinayət işində adı keçərkən aparmağa hazırlaşırdı. Bu onu göstərirdi ki, qədər çətin durumda olmasına, imicinin kifayət qədər korlanmasına baxmayaraq L.Yunus xaricdəki havadarları, anti-Azərbaycan qüvvələr üçün əvəzolunmaz fiqur idi. Çünki həmin qüvvələrin tapşırıqları, istəkləri elə bir miqyası əhatə edir ki, vətənini, dövlətini sevən heç bir şəxs onu yerinə yetirmək istəməz. Leyla Yunus isə bu tapşırıqları canla-başla icra edirdi.

Leyla Yunus fəaliyyətinin bütün mərhələlərində ermənipərəst mövqeyi ilə yadda qalıb. 1992-1993- illərdə Müdafiə Nazirliyinin Strateji Analitik İnformasiya Mərkəzinə rəhbərlik edən bu şəxs sonradan birdən-birə "sülh carçısı"na, Ermənistanla Azərbaycan arasında "xalq diplomatiyası"nın lokomotivinə çevrildi. Məhz elə bu prosesdə özünün əsl simasını da açıq-aşkar ortaya qoydu. Tək özü deyil, ətrafındakı adamları da Ermənistanın xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb etdi. Bu isə artıq bütün səbrləri daşırdı. Bu fakt jurnalist Rauf Mirqədirovun həbsindən sonra tam çılpaqlığı ilə ortaya çıxdı Leyla Yunusun əməlləri ifşa olundu. Lakin prokurorluğun xəbərdarlıqlarına baxmayaraq, istintaqdan yayınmaq məqsədilə "hüquq müdafiəçisi" əvvəlcə ölkəni tərk etmək qərarına gəldi. Bu niyyəti baş tutmadıqda isə o, çıxış yolunu istintaqa açıq-aşkar hörmətsizlik göstərməkdə gördü. Çünki bilirdi ki, istintaq onun erməni xüsusi xidmət orqanları ilə işbirliyini sübuta yetirəcək. Lakin istintaqdan yayınmaqla hüquqi məsuliyyətdən yayına biləcəyini güman edən L.Yunus sonda yanıldığını anlamış oldu.

İstisna deyil ki, "hüquq müdafiəçisi"nin hüquq-mühafizə orqanlarına qarşı etdiyi hörmətsizliyin arxasında müəyyən arxayınçılıq dururdu. Çünki Fransa ABŞ səfirliklərinin onu açıqdan-açığa himayə etdiyi göz qabağında idi. Bundan başqa, onun "donos" ötürdüyü bir sıra beynəlxalq təşkilatlara güvənməsi belə bir arxayınçılıq yaratmışdı. Lakin proseslər göstərdi ki, Azərbaycan hüquqi dövlətdir, ölkə qanunlarını pozan hər kəs cəzasını almalıdır alır. Bu məsələdə heç bir xarici qüvvənin, səfirliyin təzyiqləri keçərli deyil. Ölkənin daxili işlərinə müdaxilə məsələlərinin qeyri-effektivliyi belə hallara güvənən bəzi daxili qüvvələrin gec-tez məyus olacağı ilə bağlı xəbərdarlığı dövlət başçısı hələ bir müddət öncə keçirdiyi müşavirələrdən birində xüsusilə vurğulamışdı.

Leyla Yunus ətrafında baş verən proseslərdə son günlər radikal müxalifət dairələrinin tutduğu mövqe xüsusilə diqqəti cəlb etməkdədir. Guya "hüquq müdafiəçisi"nin müdafiəsinə qalxdıqlarını göstərməyə çalışan radikallar bu əməlləri ilə əslində dövlətə, xalqa qarşı hansı yolu seçdiklərini təsdiq etmiş oldular. Heç kimə sirr deyil ki, L.Yunus dəfələrlə hazırkı radikal müxalifəti aşağılayan fikirlər səsləndirmış, bəyanatlar vermişdı. Bu mənada hələ məhkəmə prosesi başlamadan müxalifətin hay-küy salmasının əsl mahiyyəti ortaya çıxmış olur. Ortada konkret ittiham var radikallar da bilir ki, bu ittiham üzrə hüquqi prosedur keçirilməlidir. Lakin müxalifət özünün məyusluğunu, düşərgədə olan süstlüyü qondarma hüquq müdafiəçisinin vəkili rolunda çıxış etməklə malalamağa çalışır. Başqa sözlə, radikallar öz mövcudluqlarını "Leyla Yunus" kartından istifadə etməklə reabilitasiya etməyə cəhd göstərirlər. Leyla Yunus bir növ radikal müxalifətə təzə "məşğuliyyət" hədiyyə etmiş oldu. Belə ki, onun həbsi üzərində yeni tamaşa qurmaqla Leyla Yunusun Birinci Avropa Olimpiya Oyunları ərəfəsində başladığı anti-Azərbaycan kampaniyasını bu dəfə ənənəvi müxalifət davam etdirməkdə israrlı görünür. Beləliklə müxalifət Leyla Yunusun həbsindən öz maraqları naminə maksimum yararlanmağa çalışır. Bu isə əks effekt verir onları daha da hörmətdən salır. Xalq görür ki, özünü ədalət carçısı kimi təqdim edənlər əslində, sırf şəxsi maraqlardan çıxış edir, hətta dövlətə xəyanət edənlərin belə müdafiəsinə qalxmağı özlərinə rəva görürlər. Müxalif düşərgə nəzərə almır ki, əslində, L.Yunusu müdafiəyə qalxmaqla onun həbsi ilə bağlı şou-kampaniya başlatmaqla bir daha özünü biabır etmiş olur. Axı, L.Yunusun əməlləri müxalifətin gözü qarşısında baş verib. Dövlətə, millətə qarşı xəyanət edən birisinin müdafiəsinə qalxmaq bununla da xarici qüvvələr qarşısında siyasi divident qazanmaq normal siyasi qüvvə üçün intihara bərabərdir. Bütün bunlar bir daha göstərir ki, radikal müxalifət ölkədə "beşinci kolon" funksiyasını yerinə yetirməkdə israrlıdır. Yəni onlar da Leyla Yunus kimi xalq üçün deyil, xaricdən sifariş verənlər üçün işləyirlər.

Təbii ki, Leyla Yunusla bağlı baş verənlərin hüquqi nəticəsi məhkəmənin sonunda məlum olacaq. Amma elə həqiqətlər var ki, onlar üçün məhkəmə qərarını gözləməyə ehtiyac da yoxdur. Leyla Yunusun uzun illərdən bəri davam edən qaranlıq fəaliyyəti məhz belə həqiqətlər sırasına daxildir.

 





07.08.2014    çap et  çap et