525.Az

Azərbaycanın mənəvi-mədəni irsinin qorunması yolunda atılan böyük addımlar


 

Azərbaycanın mənəvi-mədəni irsinin qorunması yolunda atılan böyük addımlar<b style="color:red"></b>

1946- ildə Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış qurumu kimi yaradılan UNESCO-nun fəaliyyətə başlaması dünyada elmin, mədəniyyətin, təhsilin, ən başlıcası isə mənəviyyatın qorunub gələcək nəsillərə ötürülməsi yolunda mühüm mərhələ oldu. UNESCO artıq neçə onillikdir ki, ona üzv olan 200-ə yaxın dövlətlə birgə elm, təhsil, mədəniyyət məsələlərinin inkişafında mühüm işlər görür. BMT onun ixtisaslaşmış qurumları ilə sıx münasibətdə olan UNESCO, həmçinin aparıcı dövlətlərarası təşkilatlarla (İqtisadi Əməkdaşlıq İnkişaf Təşkilatı, Avropada Təhlükəsizlik Əməkdaşlıq Təşkilatı, Afrika Birliyi Təşkilatı, Ərəb Dövlətləri Liqası, İSESKO) müqavilə əlaqələrinə malik olub, 600-dən çox qabaqcıl beynəlxalq qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq edir. Rəqəmlərin çoxluğu onu göstərir ki, qurum öz fəaliyyəti ilə demək olar, bütün dünya əhalisinin şüuruna müsbət təsir göstərməkdədir. Qlobal elmi, mədəni layihələrdə iştirak etmək imkanlarından bəhrələnmək şəraiti yaradan təşkilata ölkəmizin üzv olması Azərbaycanın maddi, mənəvi irsinin qorunub yaşatmasıyla yanaşı, dünya miqyasında daha da tanıdılması ilə nəticələndi. Maraqlıdır ki, İkinci Dünya Müharibəsindən sonrakı mənəvi fəsadları aradan qaldırmaq məqsədi ilə yaradılan UNESCO-ya ölkəmiz qanlı bir savaşın - Qarabağ müharibəsinin ən qızğın dövründə, yəni 1992-ci ilin 3 iyul tarixində daxil olub. Bu da Azərbaycanın ən çətin vaxtlarında belə beynəlxalq miqyasda elm, mədəniyyət, təhsil məsələlərindən kənarda qalmamasının bariz nümunəsi idi. Ancaq bu sahədə ən mühüm uğurlu addımlar sonrakı illərdə atıldı. Bu bir faktdır ki, Ümummilli lider Heydər Əliyevin xarici daxili siyasət kursu əsasında görülən işlər Azərbaycanın dünyada nüfuzunun artmasında böyük təkan verdi. 1993- ildə ulu öndərin Fransa Respublikasına rəsmi səfəri zamanı UNESCO-nun keçmiş baş direktoru Federiko Mayorla görüşü təşkilatla Azərbaycan arasında əlaqələrin inkişafında mühüm rol oynadı.

Qeyd edək ki, dünyanın ən böyük qurumlarından olan UNESCO ilə əməkdaşlıq yalnız ikitərəfli olmayıb. UNESCO çoxtərəfli təşkilat olduğu üçün Azərbaycan onun vasitəsilə müxtəlif dövlətlərlə mədəniyyət, elm təhsil məsələləri üzrə layihələrdə birgə iştirak etməklə əhəmiyyətli layihələrə imza atıb.

2004- ildə ənənəvi musiqinin, ədəbiyyat poeziyanın inkişafına verdiyi töhfələrə, musiqi təhsili dünya mədəniyyətlərinin mübadiləsi sahəsindəki xidmətlərinə UNESCO-nun ideyalarına göstərdiyi sadiqliyə görə Təşkilatın şifahi ənənələr musiqi ənənələri sahəsində Xoşməramlı səfir adına layiq görülən Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Azərbaycan-UNESCO əlaqələrinin güclənməsində əvəzsiz xidmətlər göstərib. Belə ki, 2005-ci il 24 avqust tarixində Gülüstan sarayında "UNESCO-Azərbaycan: gələcəyə körpü" mövzusunda keçirilən konfrans UNESCO-nun tarixində ayrıca bir ölkəyə həsr olunmuş ilk tədbir kimi yadda qaldı. Konfransda UNESCO ilə Azərbaycan arasında təhsil sahəsində əməkdaşlığa dair imzalanmış Qarşılıqlı Anlaşma Memorandumu maariflənmənin daha da inkişafı üçün açılan bir körpü oldu. Yeri gəlmişkən, qeyd edək ki, Azərbaycan Dillər Universiteti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında YUNESKO kafedraları fəaliyyət göstərir ki, böyük nüfuza malik olan qurumun ideyaları daha müfəssəl şəkildə tələbələrə aşılanır.

Son illər milli irsimizin mühafizəsi üçün görülən təqdirəlayiq işlər, elm mədəniyyət sahəsindəki müsbət dəyişikliklər Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi sayəsində UNESCO ilə sıx əməkdaşlıq hesabına həyata keçib. Azərbaycanın bir sıra görkəmli alimlərinin, yazıçı bəstəkarlarının yubileylərinin keçirilməsi, UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına İçərişəhərin Şirvanşahlar Saray Kompleksi ilə birgə daxil edilməsi, həmin siyahıya, həmçinin Qobustan Dövlət Tarixi Bədii Qoruğunun, Azərbaycan muğamının, aşıq sənətinin, Novruz bayramının, tar musiqi alətinin əlavə olunması məhz Mehriban xanım Əliyevanın ardıcıl təşəbbüsləri fəaliyyəti nəticəsində baş tutub. Bir müddət əvvəl Bakıda UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasının keçirilməsi Qarabağ atları üzərində Çövqan oyununun Azərbaycanın müraciəti əsasında UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrs Siyahısına salınmasını Azərbaycanın mədəniyyət siyasətində mühüm hadisə kimi dəyərləndirmək olar.

Təsadüfi deyil ki, Azərbaycan-UNESCO ikitərəfli əlaqələrinin inkişafına verdiyi töhfələrə görə Heydər Əliyev Fondunun Prezidenti, UNESCO-nun Xoşməramlı səfiri Mehriban Əliyeva təşkilat tərəfindən yüksək dəyərləndirilir. Belə ki, 2009-cu il 19 mart tarixində UNESCO-nun keçmiş baş direktoru Koişiro Matsuuranın Bakıya səfərində ölkəmizin Birinci xanımına gümüş xatirə medalı təqdim edilib. Həmçinin, 2010-cu ilin 30 iyulunda Mehriban xanım Əliyevaya UNESCO-nun baş direktoru İrina Bokova tərəfindən Motsart medalı təqdim olunub.

Təbii ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Azərbaycan-UNESCO əlaqələrinin inkişafı istiqamətində gördüyü işlər bununla bitmir. Sevindirici, qürurverici bir amildir ki, keçirilən tədbirləri bir məqaləyə sığışdırmaq mümkün deyil. Bu isə bir daha təsdiqləyir ki, Azərbaycan Respublikası mədəni sahədə beynəlxalq miqyaslı siyasətini uğurla yorulmadan davam etdirir. Dərin inam hissi ilə vurğulamaq olar ki, Azərbaycan-UNESCO əməkdaşlığı hələ çox uzun müddət beləcə uğurla davam edəcək. Çünki bu əməkdaşlıq möhkəm təməl üzərində qurulub prosesin gedişi göstərir ki, münasibətlər yalnız yüksələn xətt üzrə inkişaf edə bilər.

Heç şübhəsiz, Azərbaycan-UNESCO əməkdaşlığı müstəvisində ən önəmli yerlərdən birini İçərişəhər tutur. Möhtəşəm abidələrlə, misilsiz mədəni irs nümunələrilə dolu olan bu əsrarəngiz məkan artıq xeyli zamandır ki, Azərbaycan-UNESCO işbirliyi sayəsində beynəlxalq miqyasda geniş təbliğ olunur müasir səviyyədə qorunur. Tarixinə nəzər salanda aydın görmək olar ki, İçərişəhərin belə yüksək səviyyəli münasibətə Azərbaycanın da belə bir dəyərli mədəniyyət xəzinəsi ilə qürur duymağa haqqı var. 

İçərişəhər - Şəhər üzərində Şəhər, Şəhər içində bir məkandır. Onun unikallığı bundan ibarətdir ki, öz infrastrukturu yaşayış massivləri ilə birgə canlı orqanizm kimi mövcudluğunu davam etdirir. İçərişəhərdə 1300-dən artıq ailə yaşayır, 18 otel, yüzdən artıq ticarət iaşə obyekti, bir neçə muzey, muzey ekspozisiyası fəaliyyət göstərir. Minillik tarixə malik İçərişəhər - Qədim Bakı Azərbaycan dövlətçiliyinin rəmzi sayılan qədim Şirvanşahlar dövlətinin paytaxtı olub bütün Yaxın Şərqin qədim iqtisadi, mədəni mərkəzlərindən biri hesab edilib.

(Ardı var)

Ü.HEYDƏROVA

 





07.08.2014    çap et  çap et