525.Az

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi istefa verib


 

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi istefa verib<b style="color:red"></b> Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Andrey Parubiy istefa verib.

APA-nın Ukrayna saytlarına istinadən verdiyi məlumata görə, A. Parubiyin istefası prezident tərəfindən qəbul edilib.
 
“Müharibə şəraitində mən bu istefanın səbəbləri barədə danışmağı qəbuledilməz hesab edirəm.  Könüllü batalyonlara yardımla bağlı məsələlərlə məşğul olmağa davam edəcəyəm”, - deyə o, öz “Facebook” səhifəsində yazıb.
 
Qeyd edək ki, A. Parubiy bu ilin fevralında bu vəzifəyə təyin olunub.
 





07.08.2014    çap et  çap et