525.Az

“Əmək Məcəlləsinin pozulması hallarına daha çox tikinti şirkətlərində rast gəlinir”


 

“Əmək Məcəlləsinin pozulması hallarına daha çox tikinti şirkətlərində rast gəlinir”<b style="color:red"></b> “Yay fəsli ilə əlaqədar işçilər açıq hava şəraitində müəyyən olunmuş vaxtlarda fasilələrlə işləməlidirlər”.
 
APA-nın məlumatına görə, bunu Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının (AHİK) sədri, millət vəkili Səttar Mehbalıyev deyib.
 
O bildirib ki, yay fəsli ilə əlaqədar işçilər iş şəraitinə uyğun hərəkət etməlidirlər. Onun sözlərinə görə, Əmək Məcəlləsinə dövlət müəssisələrində əməl olunsa da, özəl sektorlarda müəyyən problemlər mövcuddur:

“Yəni, həmkarlar ittifaqları olan yerlərdə müəyyən işlər görmək olur, ancaq olmayan yerlərdə isə iş şəraitinə nəzarət imkanımız olmur. Təəssüflər olsun ki, Əmək Məcəlləsinin pozulması hallarına daha çox tikinti şirkətlərində rast gəlinir. Çünki onların 50 faizində həmkarlar ittifaqları yoxdur. Səbəb ondan ibarətdir ki, hər hansı bir binanın tikintisinə o qədər də müddət tələb olunmur. Yəni, tikinti şirkətlərində işçilərlə danışıb, həmkarlar ittifaqlarını formalaşdırana qədər, artıq iş yekunlaşır və işçilər başqa yerlərə gedirlər”.
 





07.08.2014    çap et  çap et