525.Az

Dieqo, Armando, Maradona sünnət olundular


 

Dieqo, Armando, Maradona sünnət olundular<b style="color:red"></b>

Türkiyənin Balıkəsir vilayətinin Erdemit ilçəsində maraqlı hadisə yaşanıb.

Modern.az saytı türk mətbuatına istinadən xəbər verir ki, ilçə sakini Sevcan Tekin Şəntürk əfsanəvi argentianlı futbolçunun şərəfinə Dieqo, Armando, Maradona adlarını verdiyi üç oğlunun kiçik toy məclisini keçirib.

İki il öncə Almaniyadan hamişəlik Türkiyəyə köçən Şəntürk uzun illər ilər ərzində Maradonaya azarkeşlik etdiyi bildirib. 8 yaşlı Dieqo Məhəmməd, 3 yaşlı Armağan Armando və yaş yarımlıq Alptəkin Maradona üçün ilçə mərkəzində təşkil edilən mərasimdə rəsmi dövlət orqanlarının nümayəndələri də iştirak ediblər.

 





07.08.2014    çap et  çap et