525.Az

Göyçayda ağır qəza: 3 yaralı


 

Göyçayda ağır qəza: <b style="color:red">3 yaralı</b>

Bakı-Şamaxı-Yevlax avtomobil yolunda 3 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 16:00 radələrində yolun 205-ci kilometrliyində, Göyçay rayonunun Qarabaqqal kəndi ərazisində qeydə alınıb. Göyçay sakini, 1963-cü il təvəllüdlü Hüseynov İlham Əzizağa oğlunun idarə etdiyi 10-KV-676 dövlət nömrə nişanlı, “VAZ 2107” markalı minik maşını qarşı tərəfdən gələn, digər Göyçay sakini - 1977-ci il təvəllüdlü Süleymanov Cəmil Cavid oğluna məxsus 23-BX-193 dövlət nömrə nişanlı, “VAZ 2107” markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində hər iki avtomobilin sürücüsü və sərnişin, 1950-ci il təvəllüdlü İmanov Yusif Cəmaləddin oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.
 
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

 





07.08.2014    çap et  çap et