525.Az

Türkiyə Somalidə yeni dövlət quruluşu yaradacaq


 

Türkiyə Somalidə yeni dövlət quruluşu yaradacaq<b style="color:red"></b>

Son bir ildə Türkiyə bu istiqamətdə önəmli addımlar atıb.

525.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu ölkənin Somalidəki səfiri Cemaləddin Kani Torun bu haqda açıqlama verib. Səfir baş nazir Rəcəp Tayyip Ərdoğanın 19 avqust 2011-ci il tarixində bu ölkəyə etdiyi səfərinin Somali tarixində böyük dönüş nöqtəsi olduğunu deyərək əlavə edib:

“Türkiyədən bura xeyli sayda mütəxəssislər göndərilib. Ölkədə yeni layihələr hazırlayaraq dövlətin inkişafına nail olmaq istəyirik. Son bir ildə yeni yollar saldıq, xəstəxanalar, məktəblər inşa etdik. Somalidə yeni dövlət qUruluşu yaratmaq üçün bu istiqamətdə işlərimizi davam etdirəcəyik”.

Nigar Məhərrəm

 





03.11.2012    çap et  çap et