525.Az

Quzanlı-Üçoğlan-Xındırıstan-Səfərli yolunun tikintisinə vəsait ayrılıb


 

Quzanlı-Üçoğlan-Xındırıstan-Səfərli yolunun tikintisinə vəsait ayrılıb<b style="color:red"></b> Azərbaycan prezidenti İlham Əliyev Ağdam rayonunun Quzanlı-Üçoğlan-Xındırıstan-Səfərli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

525.az-ın prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, sərəncama əsasən 21 min nəfər əhalinin yaşadığı, 10 yaşayış məntəqəsini və 4 köçkün qəsəbəsini birləşdirən Quzanlı-Üçoğlan-Xındırıstan- Səfərli avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Ağdam Rayon İcra Hakimiyyətinə 3,2 milyon (üç milyon iki yüz min) manat ayrılıb.
 





07.08.2014    çap et  çap et