525.Az

Ukraynada separatçılar MiQ-29” qırıcı təyyarəsini vurublar


 

Ukraynada separatçılar MiQ-29” qırıcı təyyarəsini vurublar<b style="color:red"></b>

Ukraynanın şərqində separatçılar “Buk” zenit-raket sistemindən “MiQ-29” qırıcı təyyarəsini vurublar.

APA-nın “UNN”ə istinadən verdiyi xəbərə görə, bu barədə Antiterror Əməliyyatın  sözçüsü Vladislav Seleznyov bildirib. 
 
“Yenakiyevo rayonunda terrorçular “Buk” zenit-raket sistemindən Ukrayna ordusuna məxsus “MiQ-29” qırıcı təyyarəsini vurublar. Dinc sakinlər arasında itkilərin qarşını almaq məqsədilə pilot təyyarəni yaşayış məntəqəsindən kənara aparıb”, deyə Seleznyov bildirib.

 





08.08.2014    çap et  çap et