525.Az

Kiyevdə iğtişaşlar zamanı 50 milis əməkdaşı xəsarət alıb


 

Kiyevdə iğtişaşlar zamanı 50 milis əməkdaşı xəsarət alıb<b style="color:red"></b>

Kiyevin mərkəzindəki Müstəqillik meydanında ötən gün baş vermiş qarşıdurma zamanı 50-dək milis əməkdaşı xəsarət alıb.

APA-nın yerli mətbuata istinadən verdiyi xəbərə görə, iğtişaşlar zamanı 10-dək insan saxlanılıb. “Xuliqanlıq” maddəsi üzrə cinayət işi başlanılıb.
 
 Xatırladaq ki, ötən gün Kiyevin kommunal xidmətinin işçiləri şəhərin mərkəzində bir neçə çadırı sökməyə cəhd edib. Lakin maydan fəalları onlara mane olublar və  avtomobil şinləri yandırıblar. Qarşıdurma asayiş keşikçiləri ilə toqquşma ilə nəticələnib. Fəallar meydanda yeni barrikadalar qurur.

 





08.08.2014    çap et  çap et