525.Az

Cəlilabadda avtomobil dərəyə aşdı: 1 ölü, 1 yaralı


 

Cəlilabadda avtomobil dərəyə aşdı: 1 ölü, 1 yaralı<b style="color:red"></b> Cəlilabad rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib.
 
APA-nın cənub bürosunun məlumatına görə, hadisə Cəlilabad-Yardımlı avtomobil yolunun rayonun Xanəgah kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
 
Rayonun Ləkin kənd sakini Yavər Fərhad oğlu Nuriyevin idarə etdiyi “Opel” markalı, 10 UU 942 dövlət nömrə nişanlı minik avtomobili hərəkətdə olarkən sərt döngədə qəfildən idarəetmədən çıxaraq dərəyə yuvarlanıb.
 
Nəticədə sürücüsü hadisə yerindəcə dünyasını dəyişib. Onun avtomobildə olan həyat yoldaşı, 63 yaşlı Püstəxanım Nuriyeva isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Ona müvafiq tibbi yardım göstərilib, hazırda vəziyyəti qənaətbəxş qiymətləndirilir.
 
İlkin versiya kimi hadisənin avtomobilin sürət həddini aşması səbəbindən baş verdiyi bildirilir. Qəzanın dəqiq başvermə səbəbləri isə avtoekspertizanın rəyindən sonra məlum olacaq.
 
Faktla bağlı  Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır.
 





08.08.2014    çap et  çap et