525.Az

Gədəbəydə qadın ərini bıçaqladı


 

Gədəbəydə qadın ərini bıçaqladı<b style="color:red"></b>

Gədəbəy rayonunda qətl hadisəsi baş verib.

Gədəbəy rayon prokurorunun köməkçisi Anar Nağıyevin ANS PRESS-ə verdiyi məlumata görə, Düzyurd kəndində 27 yaşlı Naibə Sabir qızı Quliyeva əri, 30 yaşlı Maksim Bayram oğlu Axundovu bıçaqla öldürüb. O bıçağı ərinin ürəyinə sancıb. Hadisə ailədaxili münaqişələr zəmnində baş verib. Qadın polis tərəfindən saxlanılıb.

Faktla bağlı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsilə cinayət işi başlanıb, araşdırma aparılır.

 





03.11.2012    çap et  çap et