525.Az

Qəbələdə ağır qəza: ölən var


 

Qəbələdə ağır qəza: ölən var<b style="color:red"></b> Qəbələdə ağır yol qəzası baş verib.

525.az-ın Fövqəladə Hallar Nazirliyin saytına istinadən verdiyi məlumata görə, Bakı - Oğuz yolunun 225-ci km-də Qəbələ rayonu ərazisində vətəndaşlara məxsus “Mersedes” markalı 2 minik avtomobili toqquşub.

Nazirliyin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, minik avtomobillərindən biri deformasiyaya uğramış, sürücü və 1 sərnişinin meyiti avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə meyitləri avtomobildən çıxarmış və aidiyyəti üzrə təhvil verilib.
 





08.08.2014    çap et  çap et