525.Az

Bakıda ağır qəza: ölən və yaralanan var


 

Bakıda ağır qəza: ölən və yaralanan var<b style="color:red"></b> Bu gün saat 03 radələrində Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sabunçu rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, hadisə Maştağa-Buzovna yolunda Maştağa sakini, 1982-ci il təvəllüdlü Hilalov Faiq Rafail oğlunun idarə etdiyi "AzSamand" markalı avtomobil ağaca çırpılıb. Zərbənin gücündən 32 yaşlı sürücü hadisə yerindəcə keçinib. Avtomobildə olan sərnişin, 1983-cü il təvəllüdlü Quliyev Asim Nəcəf oğlu isə bud sümüyünün sınığı diaqnozu ilə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.
 
Hadisə ilə bağlı araşdırmalar aparılır.
 





08.08.2014    çap et  çap et