525.Az

Dənizdə batan 5-ci uşağın da meyiti tapıldı


 

Dənizdə batan 5-ci uşağın da meyiti tapıldı<b style="color:red"></b> Azərbaycan paytaxtında dənizdə batan uşaqlardan sonuncusunun meyiti tapılıb.
 
Fövqəladə Hallar Nazirliyinin Dövlət Sulardan Xilasetmə Xidmətindən APA-ya verilən məlumata görə, qadağan olunmuş ərazidə batan 6 yaşlı Fariz Qafil oğlu Məmmədovun meyiti bu gün səhər saat 07.44 radələrində batdığı yerdən 5 km kənarda dəniz sahilində aşkar edilib və xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.
 
Qeyd edək ki, avqustun 6-da axşam saatlarında  Şüvəlan çimərliyindən 8 km aralıda, qadağan olunmuş ərazidə 10 yaşlı Kəmalə Qafil qızı Məmmədova, onun bacısı 9 yaşlı İlgün Qafil qızı Məmmədova, qardaşı 6 yaşlı Fariz Qafil oğlu Məmmədov, 14 yaşlı Aydan Fikrət qızı  Fərziyeva, onun qardaşı, 9 yaşlı Hüseyn Fikrət oğlu Fərziyev batıb.
 
Fövqəladə Hallar Nazirliyinin Dövlət Sulardan Xilasetmə Xidmətindən APA-ya bildirilib ki, məlum hadisəyə valideyn nəzarətsizliyi səbəb olub. Belə ki, həmin uşaqlar dünən axşam saatlarında valideynlərinin nəzarəti olmadan çimərliyə gediblər və nəticədə belə bir faciəli hadisə baş verib.
 
Dövlət Sulardan Xilasetmə Xidməti vətəndaşlara müraciət edərək onları su hövzələrində diqqətli olmağa, azyaşlı uşaqları nəzarətsiz buraxmamağa, qadağan olunmuş yerlərdə ümumiyyətlə çimməməyə çağırıb.
 





08.08.2014    çap et  çap et