525.Az

Daxili Qoşunların komandanı Qarabağda müşavirə keçirdi


 

Daxili Qoşunların komandanı Qarabağda müşavirə keçirdi<b style="color:red"></b> Avqustun 4-dən 6-dək daxili işlər nazirinin müavini, Daxili Qoşunların Komandanı, general-mayor Şahin Məmmədov qoşunların Bərdə rayonunda yerləşən hərbi hissəsində olub.
 
Daxili Qoşunların mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qarşıya qoyulmuş xidməti-döyüş tapşırıqlarının yerinə yetirilməsinin vəziyyətinin yoxlanılması məqsədi daşıyan səfər çərçivəsində Daxili Qoşunların komandanı ilk növbədə hərbi hissənin döyüş hazırlığını, təlim-tədrisin vəziyyətini yoxlayıb, şəxsi heyətin kazarma-məişət şəraiti və təminat-təhcizatı ilə maraqlanıb.
 
Hərbi hissə komandiri məruzə edərək bildirib ki, şəxsi heyət yüksək döyüş qabiliyyətinə malikdir və mənəvi-psixoloji vəziyyət tələb olunan səviyyədədir.
 
Sonra Daxili Qoşunların komandanı hərbi hissənin idarə heyəti ilə xidməti müşavirə keçirib.
 
Azərbaycanın iqtisadi qüdrətinin artmasının Silahlı Qüvvələrin möhkəmlənməsinə geniş imkanlar açdığını deyən Ş.Məmmədov prezident İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə həyata keçirilən məqsədyönlü islahatların bəhrəsini verməkdə olduğunu qeyd edib: “Bunun nəticəsidir ki, ən müasir silah və texnikalarla təchiz olunmuş Azərbaycan ordusu Cənubi Qafqazda liderliyi qoruyub saxlamaqdadır”.
 
Ötən dövr ərzində hərbi hissədə xidməti-döyüş fəaliyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilmiş tədbirlərdən razılığının ifadə edən general-mayor Ş.Məmmədov şəxsi heyətin hazırlığını yüksək qiymətləndirərək, zabit və gizirlərin peşə vərdişlərinin artırılması istiqamətində səylərin daha da artırılmasının, hər an istənilən tapşırığın yerinə yetirilməyə hazır olmalarının vacibliyini qeyd edib.
 





08.08.2014    çap et  çap et