525.Az

Məleykə Abbaszadə jurnalistikaya qəbuldakı problemdən danışdı


 

Məleykə Abbaszadə jurnalistikaya qəbuldakı problemdən danışdı<b style="color:red"></b>

“Jurnalistikada qrup yaranmayan universitetlərin məsələsi Təhsil Nazirliyində müzakirə olunacaq. Bu artıq texniki məsələdir. Həm də bu zaman tələbələrin fikirləri də nəzərə alınacaq”
 
Modern.az saytı xəbər verir ki, bunu avqustun 8-də keçirdiyi mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə deyib. 

Qeyd edək ki, bu il jurnalistika fakültələrinə cəmi 47 nəfər qəbul olub. Həmin gənclərdən 26-sı dövlət sifarişi, 21-i isə ödənişli əsaslarla təhsil alacaq. Jurnalistika fakültələrinə qəbul olunanlar aşağıdakı kimi bölünür:

Bakı Dövlət Universiteti – 40 nəfər
Azərbaycan Dillər Universiteti – 4 nəfər
Bakı Slavyan Universiteti – 2 nəfər
Naxçıvan Dövlət Universiteti- 1 nəfər

 





08.08.2014    çap et  çap et