525.Az

Erməni əsir və girovların sayı artıb


 

Erməni əsir və girovların sayı artıb<b style="color:red"></b>

Azərbaycan Müdafiə Nazirliyi avqustun 7-də Tovuz rayonu ərazisində qoşunların təmas xəttini keçməyə cəhd göstərən erməni kəşfiyyat-diversiya qrupunun zərəsizləşdirib. İtkilər verərək geri çəkilən təxribat-diversiya qrupunun 4 üzvü məhv edilib, daha bir üzvü Berd rayonun Çinari kənd sakini 1989-ci il təvəllüdlü Karen Petrosyan isə tutulub.

Modern.az saytı xəbər verir ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına görə, son hadisədən öncə Azərbaycanda 6 erməni əsir və girov olub. Karen Petrosyanın ələ keçirilməsilə onların sayı 7-yə yüksəlib.

Belə ki, 2010-cu ilin yanvar ayında Ermənistan vətəndaşı Yeqişe Gevorkyan arvadı və üç uşağı (3, 6, 7 yaşlarında) ilə birgə “Eraz” markalı avtomobildə sərhəddəki tikanlı məftilləri dağıdaraq Naxçıvan ərazisindən Azərbaycana qaçıb.

Yeqişe Gevorkyan və onun ailəsi – arvadı, üç övladı Azərbaycan Respublikasına könüllü gəliblər. Ermənistan tərəfinin mətbuatda yaydığı məlumata əsasən, Yeqişe Gevorkyan barədə orada cinayət işi mövcuddur. Bu səbəbdən də o, Ermənistana qayıtmaqdan imtina edir və üçüncü ölkəyə getmələri barədə Azərbaycan hökumətinə müraciət edib. Azərbaycan hökuməti isə beynəlxalq qanunlara və üzərinə götürdüyü öhdəliklərə əsasən, bu ailə ilə bağlı məsələnin həlli üçün BMT-nin Qaçqınların işi üzrə Ali Komissarlığına müraciət edib. Hazırda həmin şəxslərin məsələsinin həlli ilə bu qurum məşğuldur.

8 avqust 2013-cü il tarixdə isə Ermənistan ordusunun əsgəri İnciqulyan Akop Gevorkoviç Azərbaycan Respublikasının Ağdam rayonu ərazisində könüllü şəkildə Azərbaycan hərbçilərinin nəzarətində olan əraziyə keçib və saxlanılıb. Bu gün o, artıq 1 ildir ki, Azərbaycan tərəfində saxlanılır. A.İnciqulyanın üçüncü ölkəyə göndərilməsi barədə Azərbaycan hökumətinə müraciət edib və onun xahişi BMT-nin Qaçqınların işi üzrə Ali Komissarlığına göndərilib. A.İnciqulyan hələki ölkəmizdə saxlanılır.

 





08.08.2014    çap et  çap et