525.Az

“Eurovision-2015” Vyananın “Wiener Stadthalle” arenasında keçiriləcək


 

“Eurovision-2015” Vyananın “Wiener Stadthalle” arenasında keçiriləcək<b style="color:red"></b> 2015-ci ilin mayında Avstriyanın paytaxtı Vyanada keçiriləcək 60-cı “Eurovision” mahnı müsabiqəsinin təşkilatçıları bu yarışmanın şəhərin “Wiener Stadthalle” arenasında keçirilməsi qərarına gəliblər.

AzərTAc mahnı müsabiqəsinin rəsmi saytına istinadla xəbər verir ki, Vyananın 15-ci rayonunda yerləşən bu kompleks avstriyalı memar Roland Raynerin layihəsi əsasında 1953-1958-ci illərdə inşa olunub və ümumilikdə 16 min tamaşaçı tutur.

Arena 6 zaldan ibarətdir. 1974-cü ildə burada “Stadthallenbad” hovuzu da tikilib.

“Eurovision-2015” mahnı müsabiqəsinin I və II yarımfinalı müvafiq olaraq mayın 19 və 21-də, final mərhələsi isə 23-də keçiriləcək.
 





08.08.2014    çap et  çap et