525.Az

"Ov"u dəyişmək fikrim yoxdur, əvvəldən belə gəlmişəm - Bəxtiyar Sadıqov"


 

Millət vəkili, "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqovun "525"ə müsahibəsi

"Ov"u dəyişmək fikrim yoxdur, əvvəldən belə gəlmişəm - Bəxtiyar Sadıqov"<b style="color:red"></b>

- Bəxtiyar müəllim, son illər elə həm ictimai müzakirələrdə, həm parlamentdə gedən fikir mübadilələrində yer, küçə, müəssisə, xüsusilə, şadlıq evləri, restoran bahalı market supermarketlərin adlarının Azərbaycan adları ilə uyğun gəlməməsindən, onların adlarının çox zaman öz dilimizdə deyil, əsasən əcnəbi dillərdə yazılmasından şikayətlər, narazılıqlar səslənsə , bu yöndə problemlər qalmaqda, əksinə gündən-günə daha da artmaqdadır. Sizcə, bu məsələlərin həlli, tənzimlənməsi ilə bağlı qanunvericilikdə daha ciddi sərtləşdirmənin nəzərdə tutulmasının artıq  vaxtı, zamanı deyilmi?

- Hesab edirəm ki, zamanıdır özü bu barədə dəfələrlə deyilir, yazılır. Bu sahədə elə deyim ki, ən çox danışan da, yazan da jurnalistlərdir, qəzetçilərdir. Hərdən saytlarda da bu cür məsələlərə yer ayrılır. Vallah, bəzən elə bir küçəyə gedib çıxırsan ki, heç  bilmirsən ki, bura Azərbaycandır, ya yox... Mənasını bilmədikləri adları həmin küçədə yerləşən hansısa obyektlərə qoyurlar.  Deyir, kasıb itinin adını gümüş qoyan kimi, indi bəziləri ingiliscə bir kəlmə olsun danışa bilmir, amma götürüb obyektinə bir ingilis sözü ilə başlayan ad qoyur, oxumaq olur, yadda saxlamaq olur, mənasını bilirsən. Ümumiyyətlə, adlarla bağlı məsələ parlamentin Mədəniyyət komitəsində bilmirəm hansı mərhələdədir, amma bu məsələ xeyli vaxtdır ortadadır, söhbət burada uşaqlara ad qoyulanda VVAQ-lar üçün adların təklif olunma siyahısından gedir . Yəni, onun vasitəsilə o kitabdakı o ad yoxdur, artıq VVAQ-lar o adları artıq yeni doğulan uşaqlara verməyəcəklər. İndi burada müəyyən mənada bir az zorakılıq  olsa belə, əslində, bundan başqa çıxış yolu da yoxdur.  Vaxtı ilə sovetlər dövründə Kombayn, Vaenkom, bilim Marks, Engels, Lenin kimi o qədər adlar qoyulub ki, adamda indi gülüş doğurur. Ancaq bu azmış kimi indi yenə  bir görürsən, bir valideyn ağlına bir şey gəlir, gətirir onu övladına qoyur. Onun xəcalətini isə valideyndən çox övladı çəkir. Çünki ömrü boyu hamı deyir, ə, bu addır qoyublar sənə. Amma valideynə deyən yoxdur ki, bu addır övladına qoymusan. Yəni, bunun qarşısı bu yolla alına bilər çalışacağıq ki, alına. İndi yaxşı elə hər bir sahə üzrə Milli Məclis siyahı çıxarmalıdır ki, hansı adı qoymaq olar, hansı adı yox? Oralarda - VVAQ-larda da  savadlı adamlar olsun, onlarda da  müstəqil Azərbaycan dövlətinin vətəndaşı kimi bir vətənpərvərliyi olan, bir milli heysiyyəti güclü olan insanlar otursun. Hesab edirəm burada da bir prinsipiallıq lazımdır, burada da bir qətiyyət lazımdır. Digər tərəfdən, axı, "Reklam haqqında" qanun qəbul etmişik. Həmin qanunda da o cür adları qadağan etmişik, yəni,  əcnəbi adları, sonra mənası bilinməyən, aydın olmayan adları. Müvafiq qurumlar, reklamlara baxanlar var,  nəzarət etməlidirlər. Niyə gedib tələb etmirlər, niyə dəyişdirmirlər? İndi biri tutaq ki, icazə verib bir səhv edib, bunda da marağı olub-olmayıb, onu deyə bilmərik, amma əgər artıq bu fakt varsa qanun sənə icazə verirsə ki, bu , bu vəzifə sənin öhdənə qoyulub, get məşğul ol da, niyə olmursan? Ancaq bunlar elə məsələlərdir ki, burada tək qanunla hər şeyi tənzimləmək mümkün deyil, bir nəfər buna baxsın, etsin, belə olmaz, biz özümüz imtina etməliyik. Biz özümüz elə obyektlərə girəndə hər dəfə deməliyik ki, ay kişi, bu nədi, düzgün ad qoymamısan. Amma o adı qeydiyyata alanlar ona nəzarət etməli olanlar, bax, bunlardan tələb etmək lazımdır ilk növbədə. Mən belə hesab edirəm. Belə olsa, yəni tələbkarlıq olsa o cür adlar artıq ləğv olunsa, təzələrində  əndrabadi adlar qoymaq istəyi aradan qalxar.

 - Adlardan söz düşmüşkən, son illər o da müşahidə olunmaqdadır ki, yeni doğulan uşaqlara daha çox əcnəbi-ispan, italyan, ingilis mənşəli adlar yaxud da , müqəddəs dinimiz İslam dini onun müqəddəsləri ilə bağlı olan  dini adlar qoyulur...

- Bu ad məsələsi elədir ki, burada bir az dəb müəyyən rol oynayır. Misal üçün,  müəyyən bir dövrdə, deməli, valideynlər Günel Toğrul adlarını uşaqlarına daha çox qoyurdu. Müəyyən dövrdə Tural adı da dəb oldu. Eyni zamanda,  sovetlər dövründə tutaq ki, Aydın adı, Oqtay adı daha çox dəb idi. Yəni, məşhur əsərlərdən irəli gələn adlar idi. Yəni, bundan qaçmaq olmur. İndi  VVAQ büroları ki var,  onlar da deyə bilməz ki, sən bunu qoyma,  bunu qoy, həm kitabda bu adlar var, həm normal adlardır. Yeri gəlmişkən, son dövrdə hesablamışdılar ki, oğlan uşaqlarına ən çox qoyulan ad Yusif adıdır. Qızlara isə ən çox qoyulan adı Fatimədir, Zəhradır, yəni, Fatimeyi-Zəhranın adından. Indi burada həm bizim dinimizə qayıdış var, həm o adlar dinimizin, dilimizin tələblərinə uyğun olan adlardır. Amma yenə deyirəm ki, görünür, bu məsələdə heç cür dəbdən qaçmaq mümkün deyil. Həmişə belə axın olub. Misal üçün 80-ci illərdə Toğrul Günel adlar çox dəbdəydi, şəxsən elə mənim oğlumun  adı Toğrul, qızımın adı Güneldir. Oğlumun adını özüm qoymuşam, qızımın adını nənəsigil. O vaxt qızım dünyaya gələndə dedim ki, nənəsigil istəyirlər, qoysunlar, onlar da gəlib Günel adını qoydular. Mən özüm bu dəbə getmişəm. Eyni zamanda, o illər - 80-ci illər müstəqillik hərəkatı illəri idi, bir az da Türkiyə ilə əlaqələrimiz var idi, türk adlarına meyllilik mövcud idi. Bir az da bunu vətənpərvərlik kimi fikirləşirdik ki, , niyə başqa  mənşəli adlar olsun, qoy elə türk mənşəli adlar olsun. Amma hər halda o əcayib-qərayib adlardansa, bayaq xatırlatdığım, elə qoy bu müqəddəslərin adı olsun. Elə dədə-babadan da götürəndə hansısa bir nəsildə Əli adı olmaya, Həsən-Hüseyn olmaya, Məhəmməd adı olmaya, bu, mümkün deyil. Elə axtaranda görürsən, ulu babalarımız, əmilərimiz, dayılarımızdan biri çıxır. Yəni, bu, qədim adlardır. Ona görə mən buna bir az normal baxıram. Digər tərəfdən , indi türk adlarından bir az dini adlara  qayıtmışıq. Müəyyən dövrdən sonra görək dəbə minəcək? Hər halda Allah balaların hamısını xoşbəxt etsin. Valideynlərə göz dolusu qismət etsin.

- Bəxtiyar müəllim, yeri gəlmişkən, soyadların, soyad sonluqlarının milliləşdirilməsi məsələsi ilə, bu yöndə uzun illərdən bəri davam edən müzakirələrlə, təklif olunan variantlarla bağlı deyərdiniz? Burada da artıq müvafiq qanunun qəbulu həmin qanunun öz gücünü ortaya qoyması zamanı yetişməyibmi?

- Hər şeyi qanunun əli ilə, zorla etmək, çərçivəyə salmaq bir az  düz gəlmir. Məsələn, lap əvvəldən - 1992-ci ildən icazə verdilər ki, "ov", "yev", "ova", "yeva" soyadlarını "", "li", "", "lu" etsinlər. Yəni, o vaxtdan bu  məsələdə elə   bir problem yoxdur. Ancaq mənim heç vaxt "ov"u dəyişmək fikrim yoxdur,  əvvəldən belə gəlmişəm - Bəxtiyar Sadıqov. Jurnalistlik imzamız olub, özü ictimai imzadır bizim imza. Hardasa bir müəssisənin "vedmostunda" - əmək haqqı cədvəlində olan imza deyil. Ona görə şəxsən  mən onu - "ov"-u dəyişmək fikrində deyiləm. Özüm belə alışmışam. Dəyişmək istəyənlər isə indiyə kimi ediblər. Ancaq hesab edirəm ki, burada da bir az maarifləndirmə, bir az izah, bir az insanları başa salmaq olmalıdır ki, heç olmasa indi doğulan uşaqların familiyaları, soyadları dilimizin qayda-qanununa uyğun olsun. Yəni, bunu elə ki, müzakirə predmetinə çevirirsən, o zaman  başlayır hay-həşir, mübahisə sair. Onun- hər bir "zadə"nin , ondan sonra "ov"unun da, o birisinin , bu birisinin tərəfdarları əleyhdarları olur. Lap Milli Məclisdə saatlarla müzakirə, mübahisə gedir, yenə deyirlər ki, qoy bircə formada olsun. Sadəcə, burada bir az zaman, dövr lazımdır. Zaman, dövr özü tənzimləyəcək. Burada mən elə böyük bir problem ya tələskənliyə ehtiyac  görmürəm. Mənimçün ən önəmlisi o əcnəbi adların o obyektlərə qoyulmasıdır. Şəhərin küçələri ilə gedəndə başa düşmədiyiniz adlardan,  mən onlara mənasız adlar deyirəm, yəni, mənasını başa düşmürəmsə, mənim üçün o mənasız addır, birinci, növbədə  çəkinmək lazımdır. Soyad məsələsini isə buraxaq bir az biz jurnalistlərə, insanları yönəldək, çalışaq ki, müəyyən yazılarla, telekanallarda gedən proqramlar vasitəsi ilə onları maarifləndirək.

Telekanallarda şou-biznesin o ənənəvi dartışma-çəkişmələrindənsə, bax, bu cür müzakirələr aparıb insanları istiqamətləndirmək daha vacibdir. Bax belə olsa, bu da özü ictimai şəkildə tənzimlənər. Yəni, ən düzgün yolu da bu ictimai tənzimləmə hesab edirəm..

Kamil HƏMZƏOĞLU

 





08.08.2014    çap et  çap et