525.Az

FHN su basmış evləri təmizləyib


 

FHN su basmış evləri təmizləyib<b style="color:red"></b> Azərbaycanın bir sıra rayonlarında evlərin zirzəmiləri və həyətyanı sahələri yağış sularından təmizlənib.

Bu barədə 525.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir.
FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, ötən gün respublikanın bəzi şəhər və rayonlarında intensiv yağan yağışların nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlər yekunlaşıb.

Nazirliyin müvafiq qüvvə və texnikası Şirvan şəhəri, Hacıqabul, Kürdəmir və Zərdab rayonlarında bəzi ərazilərin, o cümlədən, Hacıqabul rayonunun Muğanlı qəsəbəsində 40 fərdi evin zirzəmisini və həyətyanı sahəsini yağış sularından təmizlənməsini təmin edib.
 





03.11.2012    çap et  çap et