525.Az

Ümumdünya Səhiyyə Təşkilatı təcili toplantı keçirib


 

Ümumdünya Səhiyyə Təşkilatı təcili toplantı keçirib<b style="color:red"></b> Ümumdünya Səhiyyə Təşkilatı Qərbi Afrikada “Ebola” virusunun yayılması ilə əlaqədar ekspertlərin təcili toplantısını keçirib.

APA-nın BMT-nin Məlumat Mərkəzinə istinadən verdiyi xəbərə görə, toplantıda virusun bütün dünya üçün təhlükə törədib-törətmədiyi məsələsi müzakirə olunub.
 
Cenevrədə keçirilən 2 günlük iclasın yekununda qəbul olunan sənəddə “Ebola”nın qeydə alındığı bütün ölkələrdə fövqəladə vəziyyət rejimi tətbiq etməyə çağırış əksini tapıb.
 
Hazırda 4 Afrika ölkəsində müşahidə olunan virus 900-dən çox adamın həyatına son qoyub. Daha 1711 nəfərin bu xəstəliyə yoluxduğu qeydə alınıb. Alimlər virusun mənbəyinin qorilla və kiçik bonobo şimpanzeləri olduğunu bildirirlər.
 





08.08.2014    çap et  çap et