525.Az

Rafiq Yusifoğlunun Könül Səltənəti


 

Rafiq Yusifoğlunun Könül Səltənəti<b style="color:red"></b>

Məncə, Allah şairlərə təkcə yazmaq yox, həm təkrar-təkrar doğulmaq istedadı verib... Şair hər yeni kitabı ilə dünyaya təzədən göz açır. Bu məntiqlə Rafiq Yusifoğlunun bir yaşı hələ tamam olmayıb. Çünki onun sonuncu şeir kitabı – “Könül səltənəti” “sobadan bu il çıxıb. Sobadan  deyirəm, ona görə ki, Rafiq müəllimin yaradıcılığındaçiy”, “bişməmişsöz tapmaq müşkül məsələdir. Rafiq müəllim yazıram... çünki əksəriyyətinGöyərçinjurnalının baş redaktoru, əməkdar mədəniyyət işçisi, şair, ədəbiyyatşünas, tərcüməçi, elmlər doktoru, professor kimi tanıdığı Rafiq Yusifoğlu mənim üçün sadəcə Rafiq müəllimdir. Amma müəllimi? Sadəcə ədəbiyyatmı?

... Azərbaycan Dövlət Pedaqoji Universitetinin magistratura pilləsinə yeni daxil olduğumuz qalibiyyət duyğusundan hələ ayılmadığımız vaxt idi. Özümüzübalaca alim”, professorlarla həmkar sandığımız bir dövrdə Rafiq müəllim elə ilk  dərsi ilə yumağa döndərmişdi bizi. Onun ruhu, aurası, biliyi, intellekti sanki hamımızı sehrləmişdi. Özümüzü universitetin yeməkxanasına çatdırıb rəngsiz dadsıztələbə çayından içə-içə müzakirələrə başlamışdıq. Hələ orta məktəbdən   bələd olduğumuz mövzuların bu yeni təqdimatını anlaya bilmirdik elə bil. Amma çox keçmədən müəllimimizin sirri açılmışdı. Səbəb şairlik imiş. Rafiq müəllim Şairliyini bir an belə unutmayan insandır. Sonralar onunla həmkar, yoldaşı da oldum. ani salamlaşmadan da, tələsik bir hal-əhvaldan da simasından yağan poeziyanı, gözlərindəki qafiyələri, təbəssümündəki metaforaları açıq-aydın gördüm.

Adama elə gəlir ki, o, “Axı mən şairəm!” düşüncəsiylə çağdaş dünyanınyaşam qaydaları pozur, özünü bəzizövqlərdən məhrum edir... “İmtahan qabağı umacaqları yoxdur, vəzifədə olan qohumuna, varlı tələbə yoldaşına ağız açmır, intriqalara qoşulmur, paxıllara fikir vermir. Bəli... Rafiq müəllim Şairliyi pak, müqəddəs sənət sayan bunu hər zaman qorumağa çalışan sənətkardır. Lakin öz dünyasında yaşayan, bir az da göylərdə uçan xəyalpərəst təsiri bağışlayan şair reallıqdan, bu günün dərdlərindən uzaq deyil. Sadəcə onun düşündüyünü, nədən incidiyini, doğulduğu Qubadlının işğalına necə yandığını bilmək üçün şeirlərini oxumaq lazımdır.

50-dən çox kitab müəllifinin sonuncuKönül səltənətini vərəqləyəndə burada yer almış şeirlərin sadəcə İnsan haqqında olduğunu anladım. Müəllif kitab boyu müxtəlif obrazlarda görünür: yurduna həsrət qalmış vətənpərvər, nəvəsinin nazı ilə oynayan baba, gənclərin tərbiyəsindən şikayətli müəllim, sevgisindən incik aşiq, sevdalı qəlbinə məlhəm gəzən şair. Bütün bu obrazları birləşdirən ümumi cəhət isə səmimilikdir. Şeirləri oxuduqca şairlə “525-ci qəzetdəkiPərvinin həmsöhbətilayihəsi çərçivəsində söhbətimizi xatırlayırdım. Azadlıq barədə sualıma Rafiq müəllimİnsan İNSAN olduğunu dərk edirsə, azad ola bilməz. İnsan özü təbiətin tərkibidir. Əgər günəş azad deyilsə, istədiyi yerdən batıb, istədiyi yerdən çıxa bilmirsə, dəniz azad deyilsə, qanad açıb dağın başına qalxa bilmirsə... insan necə azad ola bilər?! Azad ancaq düşüncə ola bilər.” – deyə cavab vermişdi. “Könül səltənətindəki  şeirlər məhz bu mövqedən yazılıb. Şairin düşüncəsi çox azaddır. Lakin o Allahın iradəsi ilə buza dönən Xəzərdən, yaxud taleyin acı hökmü ilə işğalda olan doğma torpağından yüksəkdə qoymur özünü. Öz sərbəst fikirlərini milli-mənəvi dəyərlərimizdən gələn qəliblərə salmaqdan çəkinmir:

Düşüncələrim ağrılarımı

bir az səngitdi,

Bir az azaltdı.

Ürəyim çərçivə içindədi,

Ancaq təpədən dırnağacan azaddı...    



Rafiq Yusifoğlu sevməyi öyrədən şairdir. Özü onun sevgisi birtərəfli deyil... O, körpələri düşünüb uşaq şeirləri yazır, çətin bir vaxtdaGöyərçinjurnalını qoruyub saxlayır, yeniyetmələri primitiv xatirə dəftərləri səviyyəsində şeirlərdən xilas etmək üçün çağdaş sevgi mövzusunu əsərlərinə gətirir. Rafiq müəllimin yaratdığı Məcnun Füzulinin Məcnunu kimi safdı, pakdı, sevgisinə sadiqdi:

Dəli sevda dolanmırsa başında,

Sevmirsənsə, bu dünyada qəribsən.

Ulu tanrım, baş əyirəm qarşında, –

Mənə sevmək istedadı veribsən!

Lakin bu Məcnun Bodruma dincəlməyə gedir, dənizlə söhbət edir, sms yazır, darıxır, küsür, xəyanət görür, bağışlayır. Buna görə müasir gəncliyin onun məhəbbət lirikasına meyli, pərəstişi təəccüb doğurmur. Yəqin elə bu səbəbdən Rafiq müəllim gizli kameraların hədəfinə ən çox tuş gələn şairlərdəndir. Dərslərində ağzından bir misra çıxdımı, tələbələrin mobil kameraları özündən xəbərsiz işə düşür... Elə biz özümüz onu telefonlara çəkənxəfiyyələrdən olmuşuq... Şübhəsiz ki, gəncliyin sevgisini qazanan şairin əsl insan xarakteri az rol oynamır. Alicənab humanist müəllimi kim istəməz ki?! Amma məncə əsas səbəb onun müasirliyidir. O, Füzulini dərk edən azsaylı adamlardandır, lakin cavanların favoriti Poulo KoeliyonunKimyagərindən, yaxud Ronda BerninSirrindən xəbərsiz deyil. bütün bu çoxtərəflilik onun poeziyasında özünü göstərir. Sonuncu, “Könül səltənətikitabına daxil edilmiş, Çin, Koreya, gürcü, rus şairlərindən tərcümələri deyilən fikri bir daha təsdiqləyir.      

İstər bu, istərsə əvvəlki kitablarındakı məhəbbət lirikasına baş vurarkən insanda yaranan ilk sual bu olur: dərdlərin ən ağırını, itkilərin ən dözülməzini yaşayan adam bunları necə yaza bilir? Sualımı ürəyimdə saxlamayıb müsahibə zamanı həmsöhbətimə ünvanlamışdım. Sakit təvazökar şəkildə cavab vermişdi ki, “Şeirlərimlə ətraflı tanış olanlar bunlarda böyük ağrı olduğunu hər zaman vurğulayırlar. Bu da əsasən, torpaqlarımızın itkisindən yaranan ağrıdır... 1993- ilin avqust ayının 31- doğulduğum Qubadlı torpağı düşmən tapdağı altına keçib. Həmin ayın 19-da mən ordaydım. Sonralar bu əzabları içimdə çəkən bir adam kimi fikirləşirdim, daha heç vaxt sevgi şeiri yazmaram. Lakin vaxt keçdikcə anladım ki, həyat davam edir oxucunun istədiyini yazmaq lazımdır.”

Məhziçində çəkən”... Elə həmin söhbətimizdən sonra Rafiq müəllimin ictimai lirikasına, vətənpərvərlik, Qarabağ mövzusunda yazılmış şeirlərinə nəzər saldım. Onun bu qəbildən olan əsərləri özünə bənzəyir. Bunlar kürsüdən qışqırmaq, pafoslu bəyanatlar vermək üçün qələmə alınmayıb. Sanki şair dərdini daxilindəki ürək laboratoriyasında cilalayır, özünə yaraşan səmimi şəkildə, təmkinlə üzə çıxarır

Durub Araz sahilində

Hey baxıram yana-yana.

Kölgəm məndən qeyrətlidi,

Sərhəddən keçib o yana... 



YaxudDoğulduğum kəndşeirində:

Çayam, mənbəyimdən gərək güc alım,

Gec-tez bu həsrətin buzu əriyər

Mən axıb getdikcə fikrim, xəyalım,

Dönər balıqlara, üzər geriyə...

Rafiq Yusifoğlu poeziyasının orijinallığı, bənzərsiz qafiyə sistemi, ənənəvi mövzulara fərqli yanaşması, bədii təsvir ifadə vasitələrindən ustalıqla istifadəsi öz tədqiqatını gözləyən ayrıca bir elmdir. Bu mənada onun Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsində dərs deməsi məni xeyli nikbinləşdirir. Əminəm ki, zaman keçdikcə Rafiq müəllimin tələbələri içərisindən onun tənqidçiləri yetişəcəkdir.  

Rafiq Yusifoğlu haqqında hər zaman danışılası, əsərləri tədqiq olunası şairdir, alimdir. OnunKönül səltənətikitabı məndən ötrü sadəcə bir bəhanə oldu.

 





03.11.2012    çap et  çap et