525.Az

Bir stəkan çay kimidir ömür...


 

Bir stəkan çay kimidir ömür...<b style="color:red"></b>

Hərdən olur ki...

Hərdən olur ki, özünü dünyanın bir küncündə, unudulmuş sayırsan... 

Keşkələrin, təəssüflərin ümidlərinin belini qırır, boğazından yapışıb arzularını nəfəs almağa qoymur

Sənin yaxandan yapışıb, qəm dünyasına sürükləyir

Hərdən olur ki, qışqırsan belə, ən yaxınındakına ünün yetmir

Hərdən olur ki, səssizliyinlə içindəkiləri bildirə bilirsən.

Sənin səssizliyin bəzən yatmış duyğuları oyada bilir

Sənin səssizliyin içindəki məni ayağa qaldırır

Hərdən olur ki, heç kim köməyinə yetmir

Həyat bəzən o qədər insafsız olur kihətta ən kiçik bir boşluğunda səni divara sıxmaqdan çəkinmir.

Hiss etdirmədən ən zəif anında öz zərbələrini endirə bilir

Hərdən olur ki, gözlərin soyuq bir pəncərə şüşəsinə zillənir, ürəyin isə ümidlərinin dalınca qaçmaq istəyir. Ağlının dediyini qəlbin təkrarlamır

Hərdən olur ki, özünə yer tapa bilmirsən, oyuncağını itirmiş uşaqlar kimi gözüyaşlı axtarırsan... Tapmayacağını bilə-bilə axtarırsan...

Ehtiyacının qolları o qədər qüvvətli olur ki, səni özünə sıxır, sındırmağaəyməyə, əyilməyə məcbur edir... Hərdən olur ki, pəncərəni döyəcləyən yağış damlaları göz yaşlarını qəlbinə axıda bilir, qəlb ritmlərinə hakim kəsilir...

Hərdən olur ki, taleyinlə barışırsan, dünənində, ən şirin anlarında ilişib qalırsan...

Hərdən olur ki, bir anın içindəcə möcüzənin baş verməsini gözləyirsən, içindən nağıllara inanmaq gəlir... Daha addım ata bilməmək, nəfəs almaq istəmədiyin anlar da olur

Yanı başından axıb gedən, amma sənə heç toxunmayan həyatı seyr edirsən yavaşca...

Sənə heç toxunub-dəymir həyat. Əllərindən tutub səni içinə çəkmir, çəkə bilmir...

Hərdən olur ki, yoruldum deyirsən... 

Həyatın əllərini yavaşca buraxırsan

Ürəyində ona qarşı bir hayqırtı olur, ona səslənərək sanki bütün gücünlə qışqıraraq demək istəyirsən:

Öz oyunlarına davam et..!

Ətrafımda rəqs et, məni başdan çıxarmağa çalış... 

Aldanmayacam yalançı gözəlliklərinə

Aldanmayacam yavaş-yavaş içimə işləyən, alışdığım qoxuna...

Hərdən olur ki, içində olanları tökmək üçün bir kağız, bir qələm, bir fürsət gəzirsən...

Hərdən olur ki, sadəcə, gözlərini yumub bütün bunları beynində düşünmək istəyirsən...

Bir stəkan çay kimidir ömür...

Boş verəcəksən bəzən həyatı...

Yatarkənsabah oyanacağammı?” sualını düşünmədən, özünü yuxunun qollarına təslim edəcəksən...

Bir parça quru çörəklə, bir stəkan su ilə dünyanın varlısı olmağın xoşbəxtliyini yaşayacaqsan...

Nəfəs alarkən, ciyərlərini yırtarcasına alacaqsan ki, yaşadığının fərqində ola biləsən...

Boş verəcəksən bəzən hər şeyi...

Ürəyin qan ağlasa da, inanılmaz böyük bir gülüş yaraşdıracaqsan ki üzünə, xoşbəxtliyi utandırasan...

İşini, evini, telefonunu, komputerini, görüş dəftərini atıb,bir dəst paltarda atacaqsan özünü küçələrə...

Beləcə, heç düşünmədən, küçə-bacanı gəzib, azad halda gücün bitənə qədər arxana baxmadan qaçacaqsan...

Sonra sakitcə çəmənliyə uzanıb, Torpaq ananın laylasını eşidəcəksən, rahat-rahat...

Boş verəcəksən bəzən hər şeyi...

Ağlamaq istəsən göz yaşlarını axıdacaqsan, “kim deyir-desindüşüncəsiylə...

Birini qucaqlayacaqsansa, bütün ürəyinlə qucaqlayacaqsan ki, sevgini hiss edə biləsən...

Sevəcəksən...

Gözü qara girəcəksən sevdanın dibsiz quyusuna, həm sonu olacaq?” qorxusu yaşamadan...

Boş verəcəksən bəzən hər şeyi...

Sabah olacaq?” həyəcanı duymadan, yaşayacaqsan dəlicəsinə...

Çünki yaşamaq bir SEVDADIR, hər dövrdə bir ad qoyulan...

Unutma... Bir stəkan çay kimidir ömür...

Kimininki bir dəfədə bitər...

Kimininki isə qurtum-qurtum...

Çayın dibində qalan çöplər isə həyatdan qalan qırıntılardır...

 





03.11.2012    çap et  çap et