525.Az

Komsomol ola bilmədik...


 

Komsomol ola bilmədik... <b style="color:red"></b> Komsomol ola bilmədik... 

 Əvvəl oktyabryat oldum, sonra pioner, komsomol ola bilmədim...

 

Sinifdən 5 nəfər əlaçı şagirdi seçib mədəniyyət evinə göndərdilər. O vaxt hələ 3- sinifdə oxuyurduq. Biz pioner sıralarına qatılacaqdıq. Mahiyyətini anlamasaq da sevincli idik. İlk dəfə bizi o sevinc birləşdirdi. Mahiyyətinə varmadığımız, dərk edə bilmədiyimiz sevinc...

 

Sevincdən ağlamaq deyirlər a, elə o da sevincin natamamlığı deməkdi. Tamlıq deyilən bir şeydə heç təbii ola bilməz. Bütün hər şey natamam olanda təbiidir, mahiyyətini anladıqca o sənin gözündə çirkinləşir, eybəcərləşir. Hələ böyüməmiş, qol-qanad açmamış, bir uşaq məsumluğunu özündə saxlayan sevinc birləşdirdi bizi ilk dəfə...

 

Sonra orta məktəbi bitirdik, son zəng günü qartopu ilə məni necə vurmağından danışıb güldün. Bu gülüşdə bir az böyüklük vardı, bir az məsumluğu azalmışdı, bəlkə indi qar yağsaydı mənə qartopu atmaz, qar yedizdirərdin...

 

Sonra bizi universitetin yubileyi birləşdirdi. Həmin gün universitetin qabağında möhtəşəm qələbəlik vardı. Əlinlə yüngülcə çiynimə vurubsəndəmi bura daxil olmusandedin. Başımı tərpədib, gülümsədim. Elə öz gülüşüm mənə sən deyən təbii gəlməmişdi.

 

Bir neçə ay sonra yenidən  universitetin həyətində qarşılaşdıq. Güclü yağış yağırdı. Bizi ilk dəfə çətir birləşdirdi- yağışdan islanmamaq üçün çətirin altında birgə irəliləyirdik.

 

Bilirsən çətir bəlkə insanları müəyyən çərçivədə saxlamağı xoşlayır. Çətir həm duyğuların, hisslərimizin çəpəridir. Çətir bəlkə özünügizlətmə vasitəsidi. Bəlkə çətir altında insan daha da cəsarətli ola bilər, bəlkə cəsarətsiz. Sən çətir altında da mənə sevgini bildirə bilərdin, bilirəm yağışın romantikasını çox sevirdin. Ona görə yox ki, həmişə sovet ədəbiyyatına meylli olmuşdun. Amma yox, yadıma düşdü, mənə danışmışdın ki, yağışı qədər sevsəm sonra yağış yağanda sevinə bilmədim. Axı kiminsə ayaqqabısının olmamasını, kiminsə küçədə ac-yalavac bir qarnı ac-bir qarnı tox işlədiyini deyirdin. Bəlkə çətir kiçik bir evi xatırladır. Pəncərəsiz bir evi. Sanki Pirquluya istirahətə getmisən qəfildən leysana düşmüsən. Çətir bəlkə bizə sərhəddimizi göstərir. Yəni bu dairədən kənara çıxsan başın çox bəla çəkər. Hələ qulpu qırılmış çətirləri demirəmsanki evin başına uçub...

 

Uzun qulplu çətirlər vardı o zamanlar- bir məsəl var e, kölgəsi özündən böyükdü, adamın ilk ağlına bu gəlir...

 

Qulpu qırılmış çətirlər şikəst insanlara oxşamırmı?

 

Elə bəlkə düz eləyib sevgi etirafını çətir altında deməmisən,sonra azadlıqdan danışa bilməyəcəkdin axı...

 

Sonra metroda tez-tez rastlaşdıq. O vaxtAzadlıqmetrosu yox idi.

 

Bizi stansiyalar yaxınlaşdırdı,  vaqonlar bizi bir-birimizə yaxınlaşdırdı. Sonra yollar, sonra udduğumuz hava, sonra içdiyimiz su...

 

Bir gün əlində jurnal məni kolidorda gördün. “Bayram şəkərburasına dönmüsən dedin”. Yenə gülümsədim.Əlimi xalatımın  cibinə salıb sənətik-takvermək istədim. Utandım, sıxıldım. Bizi elə utancaqlıq da birləşdirirdi...

 

Tez-tez görüşdük universitetin həyətində, mənə heç demədin, düzü deyə bilmədin.

 

Bilirsən qadınlar ağıllı kişiylə məsləhətləşər, səfeh kişilərə vurulurlar. Bu məntiqi gərək unutmayaydın. Amma sevdin məni, qəlbində, ürəyində, bəzən gizli, bəzən aşkar..

 

Amma yolumuz ayrıldı. Səbəbini illər sonra bildim. Axi biz komsomol ola bilməmişdik...

 


Bir
azca emosiya

 

Kim deyir ki, mən özümü tanıyıram yalan danışır. İnsanın hansı məqamda addım atacağı bəzən onun özünə məlum olmur. Bir səhər durursan ürəyindən elə bu andaca yır-yığış edib, harasa getmək istəyirsən. Bəzən film izləmək istəyirsən, bəzən uzaq bir tanışından hal-əhval tutmaq...

 

Bəzən kiməsə xoş bir mesaj yollamaq, bəzən gününü alış-verişə həsr etmək...

 

Bəzən acgözlüklə köşkdəki qəzetlərin  hamısını almaq, bəzən marketə  təkcə  qoz mürəbbəsi almaq üçün gedirsən...

 

Bəzən yoldaşları ilə zarafatlaşmaq, bəzən kimisə çırnatmaq.

 

Bu siyahını uzatmaq da olar.

 

Məsələn, kimləsə tanış olmaq- özülüyündə həyatını dəyişmək kimi gəlir bəzən...

 

Bəzən kimisə sevib, sonra xəyanət etmək- onsuz mənim bürcümdə yazılıb ki, kimsə mənə xəyanət edəcək. Elə bəri başdan bunu mən edim ...

 

Bəzən hamilə olmaq, bəzən qocalmaqmüdriklik onda olurmuş sən demə.

 

Yeri gəlmiş, axır vaxtlar müdrik qocalara rast gəlmək olmur..

 

isə, insan bəzən hər şey  istəyir, bəzən heç istəmir.

 

Fikrinizi telekanallarımızda yayımlanan bir nüansa yönəldəcəm. Sözüm yox filmlər, şou-proqramlar, əyləncəli oyunlar insafla desək pis nümayiş etdirilmir. Di gəl, ədəbi-bədii verilişlərə gəlincə...

 

, bax burda Kərəmi ağlamaq tutur. Hər bazarOvqatSovqatadında verilişlər nümayiş etdirilir. Di gəl ki, səhər oyandığında səndə olan müsbət enerji o verilişlərə baxandan sonra elə sönür ki, iftara qədər özünü enerjisiz sayırsan. İnsanın bir bazarını elə kökdən salırlar ki, zilin bəmə, bəmin zilə qarışır. Köhnə sovet  ədəbiyyatının ideologiyasının təsiri altında hələ yazıb-yaşayan şairlərimiz yenə bizə güldən, bülbüldən danışır. Yuxulu şeirlərini səhər vaxtı bizlərə elə yedirirlər ki, adamın yenidən yuxusu gəlir. Bunun nəyi oldu aktiv həyat tərzi?

 

Anlayıram o şeirlərin məqamı, vaxtı var. Amma gündən-günə dəyişən həyatımızda, insanların beyinlərinin hər saniyədə bir fikir yürütməsi, rəngarəngliyə meyl, düşüncələrdə bir fırtınanın olduğu dövrdə bəzi yazıçılarımız, şairlərimiz hələ yerlərində sayırlar. Müqayisə üçün desəm, bəlkə bəlağətlik hüdudlarını aşmış olacam, amma təsəvvür edin ki, “Süleymanihavasına bu insanlar heç bir reaksiya verə bilmirlər. Bu dəhşət deyilmi?

 

Ruhu yatan insanların kiminsə ruhuna təsiretmə mexanizmini gözləsək, ey vah, saçımızın ağardığını görərik.

 

Bir qədər emosionallıq, çılğınlılıq, həyat dolu olmaq olmazmı?

 

Sanki bu yazıçılarımız, şairlərimiz  bu dünyada yaşamırlar.

 

Üstəgəl bu xarakterdə, bu düşüncədə, bu təfəkkürdə olan insanların bədii verilişlərə dəvəti , üstəgəl , şeirləriniSegahın, “Şurun üstündə demələri...

 

BizimCəngi, “İdırımlı yollarlaya, haqq sözə, insanı yerindən edən fikirlərə, hisslərimizi cövlan edən düşüncəyə ehtiyacımız var...

 

İnsanları az yuxuya verin, yuxu  qədər  şirin olsa da... Bizə belə şirin yuxular lazım deyil. Ağzınız şirin olsun! 

 

 





03.11.2012    çap et  çap et