525.Az

Əflatun Amaşov: "Jurnalistin Milli Məclisdəki akkreditasiyası ləğv olunsa..."


 

Əflatun Amaşov: "Jurnalistin Milli Məclisdəki akkreditasiyası ləğv olunsa..."<b style="color:red"></b>

Milli Məclisin dünən keçirilən iclasında mətbuatın parlamenti tənqid etməsi müzakirə obyektinə çevrildi. Spiker Oqtay Əsədov “Milli Məclisin mətbuat ximətinə tapşıracağam ki, bu kimi yazılarla bağlı Mətbuat Şurasına müraciət etsin”-deyə, bildirib.

Məsələ ilə bağlı Modern.az Mətbuat Şurasının sədri Əflatun Amaşovun münasibətini öyrənib. Onun sözlərinə görə, əgər bununla bağlı Mətbuat Şurasına müraciət olunsa, qurum həmin müraciətləri peşə davranış qaydalarının maddələrinə uyğun olaraq araşdıracaq.

“Əgər doğrudan da..”

“Əgər doğurdan da hər hansı bir KİV jurnalistlərin qəbul etdiyi peşə davranış qaydalarının prinsiplərini pozubsa və həmin prinsiplərin pozulması şikayət olunan materialda öz əksini tapıbsa, Mətbuat Şurası bu məsələyə öz münasibətini bildirir. Əgər həqiqətən davranış qaydası pozuntusu ortaya çıxırsa, Şura bunu ictimaiyyətə çatdırır. Hələ ki, parlamentlə bağlı bizə heç bir müraciət daxil olmayıb”-deyə, Ə.Amaşov qeyd edib.

Ə.Amaşovun sözlərinə görə, jurnalistlərin peşə davranış qaydaları var, jurnalistlər nədən yazırsa, həmin qaydaları gözləməlidirlər: “Heç kim şərəf və ləyaqəti təhqir etməməlidir. Parlamentlə də bağlı jurnalistlər bu qaydalara riayət etməlidirlər”.

“Siyavuş Novruzovun dediyi fərziyyədir”

Siyavuş Novruzovun dünən Milli Məclisdə səsləndirdiyi “Azərbaycan KİV-lərində parlamentin əleyhinə yazan, onu təhqir edən jurnalistlərin Milli Məclisdəki akkreditasiyası müəyyən müddətə ləğv olunmalıdır” məsələsinə də münasibət bildirən Mətbuat Şurasının sədri bildirib ki, bu deyilənlər fərziyədir. “Əgər hansı bir jurnalistin akkreditasiyası ləğv olunsa, o zaman bu məsələni gündəmə gətirmək olar”.

 





03.11.2012    çap et  çap et