525.Az

Korifey yazıçı haqqında bənzərsiz əsər


 

Korifey yazıçı haqqında bənzərsiz əsər<b style="color:red"></b>

Mənim məktəb illərim bəşəriyyətin ən böyük kəşfi kitablara hədsiz maraq olan dövrə düşüb. O vaxt kəndlərdə radio televiziyanın olduğunu demək olar ki, bilmirdik. Kitabları hərisliklə oxuyurduq. Yaxşı yadımdadır, M.S.Ordubadinin əsərləri əl-əl gəzirdi. “Dumanlı TəbrizGizli Bakıromanlarını növbə ilə oxuyurduq. Məktəbimizin kitabxanaçısıQılınc qələməsərini bizə məsləhət görmürdü: “Hələ uşaqsınız, başa düşməzsiniz” – deyirdi. Onun bizi uşaq hesab etməsi, kitabı verməməyindən daha çox xətrimizə dəyirdi. Vaxt keçdi. “İngilis-Azərbaycan dili ədəbiyyatıfakültəsində oxuduğumdan istər-istəməz möhtəşəmQılınc qələmromanını oxumaq da mənə qismət oldu. Məmməd Səid Ordubadi bir yazıçı kimi yaddaşımda həkk olundu.

Bugünlərdə professor Yavuz Axundlunun səmimi avtoqrafla göndərdiyi, təzəcə çapdan çıxmışMəmməd Səid Ordubadimonoqrafiyasını alanda şirinli-acılı gənclik xatirələrim yenidən vərəqləndi (Bunun demək olduğunu yaşlı adamlar yaxşı bilir). Buna görə ağsaqqal alim dostum Yavuz Axundluya kitabın çapında maddi dəstəyini əsirgəməyən, əsərəAzərbaycan tarixi roman məktəbinin banisiadlı sanballıön sözyazan akademik İsa Həbibbəyliyə minnətdarlığımı bildirirəm.

Onu da deyim ki, akademik İsa HəbibbəylininƏdəbiyyat qəzetində dərc edilənƏdəbiyyatımızın nəhəngi kitaba yazdığıön söz tədqiqata layiq neçə-neçə sanballı fikirlər vardır. Xüsusən Ordubadi yaradıcılığının Lev Tolstoyun yaradıcılığı ilə müqayisə olunması yenidir. Doğrudur, hələ sovet dönəmində OrdubadiAzərbaycan ədəbiyyatının Şekspiri”, “Azərbaycan ədəbiyyatının Qoqolu”, “Azərbaycan ədəbiyyatının Belinskisikimi epitet ifadələrlə oxucu tədqiqatçıların diqqətinə çatdırılır, qiymətləndirilirdi. Eyni zamanda akademik İsa Həbibbəylinin göstərdiyi kimi, bu ifadələrlə yazıçının, yaxud alimin sənətinin ya elminin böyüklüyü, qüdrəti deyil, Qərb, yaxud rus ədəbiyyatının adı çəkilən görkəmli nümayəndələrindən Azərbaycan ədibinin geniş ölçüdə təsirlənməsi, faydalanması yada salınırdı. Əlbəttə, “Dumanlı Təbriz”, “Gizli Bakı”, “Qılınc qələmkimi romanlarda Qərb rus ədiblərinin əsərlərinin izlərini, təsirlərini axtarmaq gülünc idi. Burada söhbət yalnız müqayisədən gedə bilər ki, bunu İsa müəllim tam dəqiqliklə etmişdir: “Böyük Lev Tolstoy rus ədəbiyyatının tarixində malik olduğu səviyyə etibarilə hansı yeri tutursa, Məmməd Səid Ordubadi Azərbaycan ədəbiyyatında həmin mövqeyə malikdir”. İsa müəllim bu qənaətə professor Yavuz Axundlunun monoqrafiyasını oxuyaraq gəlmiş, əsərə yüksək qiymət vermişdir: “Artıq iyirmi ilə yaxındır ki, Azərbaycan ordubadişünaslığını Prezident təqaüdçüsü, Əməkdar müəllim, filologiya üzrə elmlər doktoru, professor Yavuz Axundlu təmsil edir. Professor Yavuz Axundlu Azərbaycan ədəbiyyatşünaslığında tarixi romanın elmini yaratmış görkəmli tədqiqatçıdır. Azərbaycan tarixi roman janrının inkişaf yolunun sistemli şəkildə öyrənilməsi elmi-nəzəri tədqiqi Yavuz Axundlunun adı ilə bağlıdır”.

Həqiqətən professor Yavuz Axundlu Azərbaycan tarixi roman janrının tədqiqi sahəsində çağdaş ədəbiyyatımızda ən mötəbər, ən nüfuzlu söz sahibidir. On ildən artıq görkəmli yazıçı, şair, dramaturq, publisist tərcüməçi ədəbiyyatşünas kimi tanınan Ordubadinin yaradıcılığı ilə bağlı M.Füzuli adına Əlyazmalar İnstitutunda ədibin əlyazmaları üzərində işləyən tədqiqatçı dördcildlikDumanlı Təbrizromanından namizədlik dissertasiyası yazmış, sonralar da Əlyazmalar İnstitutunda araşdırmalarını davam etdirərək M.S.Ordubadi ilə bərabər başqa müəlliflərin tarixi romanlarını tədqiq etmiş, “Azərbaycan sovet tarixi romanı” (1979) adlı sanballı monoqrafiya buraxmış, elə həmin mövzuda doktorluq dissertasiyası müdafiə etmişdir. Az sonraTarix roman” (1988) M.S.Ordubadi  (“Elm”, 1997, 352 səh.) monoqrafiyalarını çap etdirmişdir. Bu fədakar alim həsəd aparılacaq yaş həddinə baxmayaraq əldə olunanlarla kifayətlənməmiş, “M.S.Ordubadimonoqrafiyası üzərində yenidən işləmiş, Azərbaycan tarixi roman janrının təməl daşını qoyan, Azərbaycan tarixi roman məktəbinin banisi, Ordubadi haqqındaMəmməd Səid Ordubadi” (“Elm Təhsil”, 2012, 384 səh.) monoqrafiyasını mükəmməl şəkildə buraxmışdır. Üç fəsildən ibarət monoqrafiyada Ordubadinin dövrü, mühiti həyatı, bədii yaradıcılığı: poeziya yaradıcılığı, felyetonları, dram yaradıcılığı, elmi-publisistik məqalələri, hekayələri, “İki cocuğun Avropaya səyahəti”, “Qanlı sənələr”, “Bədbəxt milyonçu, yaxud Rzaquluxan Firəngiməabəsərləri, M.S.Ordubadi tarixi roman janrının bəzi məsələləri, “Dumanlı Təbrizromanının mövzu ideyası, əsas surətləri, bədii xüsusiyyətləri dili, “Dumanlı Təbrizədəbi tənqiddə, romanın variantları, Bakıdakı inqilabi hərəkatın bədii inikası, “Qılınc qələm”, Ordubadi haqqında xatirələr nəhayətson sözyer alır. Elə saydıqlarımızdan da görünür ki, M.S.Ordubadi qələmini ədəbiyyatımızın demək olar ki, bütün janrlarında sınamış, uğur qazanmışdır. Hələ biz ədibin tarixi roman jarının əsasını qoyduğunu məktəb yaratdığını demirik. M.S.Ordubadi, eyni zamanda, tanınmış ədəbiyyatşünas kimi fəaliyyət göstərmişdir. Klassik Azərbaycan ədəbiyyatının görkəmli simalarıNizami, Füzuli, Vaqif, Sabir başqaları haqqında məqalələr, eləcə XII əsr Azərbaycan ədəbiyyatı onun klassik Şərq ədəbiyyatına təsiriadlı monumental elmi-tədqiqat əsəri yazmışdır. Göründüyü kimi, zamanında onunAzərbaycan ədəbiyyatının Belinskisiadlandırılması ədəbiyyatşünaslıq sahəsindəki elmi-tədqiqat ilə bağlı olmuşdur.

M.S.OrdubadiKoroğlu”, “Nərgiz”, “Nizami s. operaların, eləcə Beş manatlıq gəlinÜrəkçalanlarmusiqili komediyalarının librettosunun müəllifidir. Çoxcəhətli yaradıcılığı Ordubadiyə imkan vermişdir ki, tərcüməçilik sahəsində qələmini sınasın. A.S.PuşkininBaxçaray fontanıpoemasını, “Boris Qodunovdramını, “D.BednininBaş küçəpoemasının uğurlu tərcüməsi onun bir şair kimi istedadından xəbər verirdi.

Məmməd Səid OrdubadikitabındaŞeir yaradıcılığıbölməsinə nəzər salanda aydınca görmək olur ki, Ordubadi M.Ə.Sabir üslubunda onun təsiri altında şeirlər yazmışdır. ŞairinŞərqi-Rusqəzetinin 14 dekabr 1903- il tarixli 109-cu sayında çap olunanXabi-qəflətadlı ikinci mətbu şeiri deyilənlərə əyani sübutdur:

Dur, ey qafil yatan könlüm,

oyan bu xabi-qəflətdən,

Sənə yoxdur səmər hərgiz

bu bica istirahətdən!

Tamamən xalq olub

bidar avazi-müəzzindən

Dur, ey aludeyi-qəflət,

göz bir dəm kəsalətdən.

Ordubadi sağlığında olduğu kimi, dünyasını dəyişəndən sonra da həqiqi qiymətini almışdır. Ədib Fəxri Xiyabanda dəfn olunmuşdur. Naxçıvanda büstü qoyulmuş, Bakıda Ordubadda ev-muzeyi yaradılmış, ona Azərbaycan Sovet  Ensiklopediyasında geniş yer verilmişdir. Bütün bunlar ədibin yaradıcılığına verilən yüksək qiymətdən xəbər verir.

Professor Yavuz Axundlunun xüsusi vurğuladığı kimi, M.S.Ordubadinin çoxşaxəli yaradıcılığı həm sağlığında, həm sonralar ədəbiyyatşünasların diqqət mərkəzində olmuşdur. Ədəbiyyatşünaslıq elmimizin formalaşmasında inkişafında xüsusi xidmətləri olan M.Arif, M.Cəfər, C.Xəndan, Ə.Sultanlı, M.Cəlal, A.Zamanov, K.Talıbzadə, B.Nəbiyev, F.Vəzirova, Q.Xəlilli kimi görkəmli alimlərimiz Ordubadi yaradıcılığına sanballı əsərlər həsr etmişlər.

Ədəbiyyatşünas Rasim Tağıyev isə Ordubadinin biblioqrafiyasını tərtib edərək çap etdirmiş, Cənubi Azərbaycan alimi Fərhad Dağyaran onu fars dilinə tərcümə etmişdir.

Bununla belə deməliyəm ki, Ordubadi yaradıcılığının ən müqtədir tədqiqatçısı professor Yavuz Axundludur. Otuz ildən artıq bir dövrdə Ordubadinin həyat yaradıcılığı, ədəbi şəxsiyyəti ilə bağlı tədqiqat aparan alim, ədibinHəyatım mühitimadlı xatirə-memuarı, “İki cocuğun Avropaya səyahətiadlı romanı, “Qrenadanın süqututarixi dramı, “Qanlı sənələr” (qanlı illər) əsəri Respublika Əlyazmaları İnstitutunda saxlanılan çoxlu sayda işıq üzü görməmiş yazıları barədə ilk dəfə söz açmışdır. OrdubadininMolla Nəsrəddinjurnalı XX əsrin əvvəllərində digər mətbu orqanlarda dörd minə qədər şeir felyetonunun çap olunduğunu da professor Yavuz Axundlu üzə çıxarmışdır. 

Çox mətləblərdən söz açan, çox da maraqlıMəmməd Səid Ordubadimonoqrafiyası müəllifin çox yığcam, çox da təvazökarcasına yazılmışson sözü ilə bitir. Elə bu bir səhifə yarımlıqson sözəsər haqqında tam təsəvvür yaradır: “M.S.Ordubadinin həyat yaradıcılığı haqqında tədqiqatımıza burda son qoymaq, sözümüzü bitirmək istəyirik. Çalışdıq ki, bu nəhəng sənətkarın həyatı, mühiti, şəxsiyyəti ən başlıcası, bənzərsiz yaradıcılığı barədə bizi düşündürən, narahat edən fikir mülahizələri oxucularla bölüşək... Ordubadinin sənət dünyasından yalnız məlum olan əsərlərini deyil, məlum olmayanlarıarxivlərdəxəfə künclərdə üstünü toz basmış əsərləri təqdim elədik. O əsərlər ki, Ordubadini bir insan, bir sənətkar kimi tam, dolğun şəkildə səciyyələndirir, bir vətəndaş, bir azərbaycanlı kimi öz xalqına intəhasız məhəbbətindən xidmətindən söz açır”.

Ömrünün ahıl çağında da professor Yavuz Axundlu qələmi əlindən yerə qoymur, gənclik həvəsi ilə ədəbiyyatşünaslıq elmimizə layiqincə xidmət edir. Onun son vaxtlar nüfuzlu mətbu orqanlarda çap olunan bir-birindən maraqlı sanballı məqalələri, “Məmməd Səid Ordubadimonoqrafiyası imkan verir deyək ki, elm fədaisi Yavuz müəllim bir örnəkdir.   

 





03.11.2012    çap et  çap et