525.Az

Rusiyada “21 dekabr” həyacanı


 

Rusiyada “21 dekabr” həyacanı<b style="color:red"></b>

Bu ölkədə də Qiyamət Gününə hazırlıq görülür.
 
525.az-ın Türkiyə mətbuatına istinadən vediyi məlumata görə, Rusiya vətəndaşlarının bir qismi “21 dekabr”da qiyamətin olmasına inanaraq təşviş keçirib. Bəziləri əmlakını satır, digərləri isə “nə vergi? Qiyamət Günündə hər kəs borcları silməlidir” deyərək vergi verməkdən yayınırlar.

Rusiyanın Metrologiya mərkəzinin rəhbəri Roman Vilfand isə bu haqda açıqlama verərək xalqı təşvişə düşməməyə çağırıb: “21 dekabrda Qiyamət Günün olması xəbəri yanlışdır. Sadəcə günün müəyyən vaxtlarında qaranlıq daha tez çökəcək. Bunun dünyanın sonu ilə heç bir əlaqəsi yoxdur”.

Aparılan araşdırmalara görə, dünyada hər 10 nəfərdən biri qiyamətin 21 dekabr tarixində baş verəcəyinə inanır. Rusiyada isə bu rəqəm 5 faiz təşkil edir.

Nigar Məhərrəm

 





03.11.2012    çap et  çap et