525.Az

Bir cüt sevinc (Hekayə)


 

Bir cüt sevinc <b style="color:red"> (Hekayə)</b>

Salman ALIOĞLU  

(HEKAYƏ)

Arı
pətəyinə bənzəyən sadır düşərgəsinin üzərinə qərib bir axşam düşürdü. Yavaş-yavaş əl-ayaq yığışırdı. Hər çadır bir ailənin ümid yerinə, pənahına çevrilmişdi. Qarabağ müharibəsindən qurtulub sağ qalan insanların nəzərində həmin çadırlar doğrudan da nicat işığı kimi qiymətli bir şey idi. Hər çadır özü boyda bir kədər, bir qəm yuvası idi. Bu çadırlarda yaşayan ailələrin demək olar ki, hər biri elan olunmamış müharibədə itki vermişdi. Ona görədə axşam düşən kimi həmin çadırlar elə bil inildəyirdi, bu dilsiz-ağızsız çadırlar ah naləyə dözə bilmirdi. Göy üzündəki ayın üzünə kölgə duşurdu. Elan olunmamış müharibə isə davam edirdi, hər gün cəbhədən qara xəbərlər gəlirdi.

 

Saday sağ qolunu elə bu muharibə itirmişdi. Bir əlin umuduna qalan Saday qolunu itirdiyinə görə peşiman olmamışdı, hər dəfə söhbət düşəndə deyirdi ki, bir qolum yox ey, canım bu Vətənə qurban olsun. Saday bu sözləri ürəkdən desə , çox adam onun dediyinə şübhə ilə yanaşırdı. Əslində Saday özüdə həmin sözlərə daha inanmırdı. Həmin axşam Sadaygilin çadırına səssizlik cökmüşdü. Sadayın həyat yoldaşı Səltənətin üz-gözündə qəm-kədər yuva qurmuşdu. Nimdaş paltarının süzülmüş yerlərini sığallayır sanki cidii-cəhdlə həmin süzülən yerləri əllərinin hərarəti ilə örtmək istəyirdi.Saday da başını yerə dikmişdi,gözləri bir nöqtəyə ilişib qalmışdı.Uşaqlar isə hər şeydən xəbərsiz yatmışdılar.

 

Səltənət bayaqdan Sadaydan gizlətdiyi göz yaşlarını saxlaya bilmədi elə hıçqıraraq dedi:- Ay Saday,biz indi neyləyək?İki gündən sonra məktəb açılır,Alxanın ayaqqabısı yoxdur,heç bilmirəm tifil neyləyəcək?Bacıları heç olmasa keçən ilki ayaqqabılarını sahmana salıb geyinəcəklər.Elə bir dəyərli şeydə qalmayıb,sən qospitalda yatanda olan qalanı satmışam.İki-üç gündür ki,Bərdəyə ayaq döyərək axtarıram,camaat öz hayındadır,hərə bir tərəfə üz tutub,bu Allah vurmuş müharibə qurtarmaq bilmir. Saday Səltənətə təsəlli verə bimədi köksünü ötürərək lal-dinməz dayanmişdı.Amma Saday hiss etdi ki, müharibədə itirdiyi qolunun yeri sızıldayır həmin o qəddar sızıltı ürəyinin başına köz kimi yapışıb.Saday səhəri dirigözlü açdı.Çadır düşərgəsinin yaxınlığından keçən yola çıxdı.Heç nəyə gümanı olmasa da piyada yola düzəldi Günəş dan yerindən bir barmaq boyu qalxanda şəhərdəki köhnə univermağın qarşısına gəldi.Qul bazarı burada yerləşirdi.Yavaş-yavaş axtaran adamlar buraya toplaşırdılar.Günortaya qədər qul bazarı seyrəlməyə başladı.Sübh tezdən ayaq üstə dayanmış Saday hiss etdiki altı yamaqlı ayaqqabısının içində ayaqları şişir.Taqətsiz halda səkinin qırağında oturdu.Aclıqda bir tərəfdən onun ürəyini üzürdü.Nigarançılıq da bir tərəfdən,bir qolu olmayan adamı işə kim aparardı.Yeganə ümidi olan sol əli ilə dizini ovuşdurur ürəyində öz taleyinə asi düşmüşdü.

 

Yadına acı bir xatirə düşdü.Atasının üzərinə şər ataraq onu həbs etdirmişdilər.Böyük qardaşı onda sovet ordusunda hərbi xidmətdə idi.Saday hələ uşaq idi əli-qolu çox kövrək olduğu üçün işləyə bilmirdi.Anası xəstə düşmüşdü.Çox kasıb yaşayıdılar,Saday günlərlə bir qarnı ac qalırdı.Bir gün axşamüstü Saday aclığa tab gətirməyərək ağlamağa başladı.Anası onu kəndin ayağında olan xalasıgilə çörək dalınca göndərdi.Kəndin itlərindən qorxsada ayrı çarəsi yoxuydu.Para təndir çörəyini sinəsinə sıxaraq iti addımlarla evə tələsirdi.Qəflətən ayağı ilişdi Saday üzü üstə yerə gəldi. Para çörək əlindən düşdü.Elə bu zaman bir it çörəyi qaparaq qaçdı yaxınlıqda dayanmış iki-üç nəfər kişi gülüşməyə başladılar.Sadayın əllərinin içi dizlərinin gözü qanamışdı.Qanlı əlləri ilə göz yaşlarını sildikcə yanaqları aşağı qan axırdı...

 

Günortadan xeyli keçsədə Saday tapa bilməmişdi.Hamı çəkilib getmişdi.Hara gedəcəyini bilmirdi,çadıra üzlə getsin? Ürəyinin başını xəncər kimi deşən fikir xəyal onu üzürdü. Elə bu zaman ona yaxınlaşan bir kişi salamsız-kəlamsız soruşdu:-ə,burda səndən başqa adam yoxdur?Yox cavabını alan kişi öz-özünə deyirdi ki,bu quyunu kimə qazdırım?Saday sanki yuxudan ayıldı tez dedi:-qardaş,mən ölmüşəm,gedib o quyunu qazaram.Kişi çəp-çəp Sadaya baxaraq dedi:-ə,sən şikəst adamsan,quyu qaza bilməzsən.Saday tez dilləndi:-qardaş,o qədər səngər qazmışam,heç narahat olub eləmə.Görünür həmin o quyu çox vacib olduğu üçün kişi Sadayı da götürüb getdi.Yolda şərt kəsdi:-bax qaza biməsən,sənə kor qəpikdə verməyəcəyəm.Şərti şumda kəsən kişi bildirdi ki,üç metr quyu qaza bilsən sənə üç manat verəcəyəm.Saday yalvaran kimi dedi:-qardaş,çox ehtiyacım var,onu bir az qaldır.Quyudan başqa da desən görəcəyəm.Razılaşdılar.Axşam düşsədə Saday işləyirdi,elə bil tək qoluna qüvvə gəlmişdi.Əli heydən düşəndə torpaq yığdığı vedrəni dişi ilə daşıyırdı.Səhərə qədər işlədi,ev sahibinin dediyi ölçüyə lap az qalmışdı.Axşamüstü işini qurtardı.Tək qolu zoqquldayırdı,amma Sadayın içində bir sevinc varıydı.Zəhmət haqqı bir cüt ayaqqabı almağa güclə çatardı.Çadıra qayıdanda artıq gecə düşmüşdü.Həmin gecəni Saday,nədəki Səltənət çimir eləmədilər.Səhər Alxana təzə ayaqqabı geyindirib məktəbə yola saldılar.Bir cüt ayaqqabı bu ailəyə bir cüt sevinc gətirmişdi...

 

 





03.11.2012    çap et  çap et