525.Az

Hüseyn Cavidin “Peyğəmbər” əsəri fars dilinə tərcümə edilib


 

Hüseyn Cavidin “Peyğəmbər” əsəri fars dilinə tərcümə edilib <b style="color:red"></b> Azərbaycanın ölməz filosof-şairi Hüseyn Cavidin "Peyğəmbər" əsəri fars dilinə tərcümə edilib.

Azərbaycan Milli Elmlər Akademiyası Hüseyn Cavidin Ev Muzeyindən 525.az-a verilən məlumata görə, Cənubi Azərbaycanın Urmiya şəhərindən olan tədqiqatçı və şair Əkbər Həmidi Əlyar böyük ədibin mənzum əsərlərindən olan "Peyğəmbər"i fars dilinə tərcümə edib və AMEA Hüseyn Cavidin Ev Muzeyinə hədiyyə edib.

Bu əsər fars dilində Cavidin ən birinci tərcümə və çap edilmiş əsəri sayılır. Ötən gün AMEA Hüseyn Cavidin Ev Muzeyini ziyarət edən tədqiqatçı və şair Əkbər Əlyar bildirib ki, yaxın dövrlərdə Hüseyn Cavidin əsərlərinin külliyyatını fars dilinə tərcümə edəcək. Bu, H.Cavidi İranda daha geniş tanıdacaq və bir çox tədqiqatçılara onun əsərlərini araşdırmaq imkanı verəcək.
 





14.08.2014    çap et  çap et