525.Az

Azərbaycan yeni zenit-raket kompleksləri ilə maraqlanır


 

Azərbaycan yeni zenit-raket kompleksləri ilə maraqlanır<b style="color:red"></b> Azərbaycan Rusiyanın «Luçnik-E» zenit-raket kompleksləri ilə maraqlanır.
 
APA-nın məlumatına görə, bunu «Arms-TASS» agentliyinə açıqlamasında «Oboronekspo-2014» sərgisində Rusiyanın Maşınqayırma Konstruktor Bürosunun nümayəndəsi Georgi Kuzık bildirib.
 
Yeni zenit-raket kompleksi (ZRK) köhnəlmiş «Strela-10» ZRK-lərin əvəz edilməsi üçün yaradılıb. Yaxın vaxtlarda sistemin seriyalı istehsalına başlanılacaq.
 
Yeni ZRK-də «Strela-10» kimi MT-LB maşınlarının şassisi üzərində yerləşir. Sistemin silahlanmasında «İqla-S» raketləri tətbiq olunur.
 
«Luçnik-E» ZRK-lərə Azərbaycanla yanaşı, Türkmənistan və Qazaxıstan da marağını ifadə edib.
 





14.08.2014    çap et  çap et