525.Az

Ölən diversanta görə ermənilər cinayət işi açıb


 

Ölən diversanta görə ermənilər cinayət işi açıb<b style="color:red"></b> Ermənistan Prokurorluğunun İstintaq Komitəsi diversant Karen Petrosyanın Azərbaycanda ölümü ilə əlaqədar cinayət işi açıb.
 
APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, istintaq çərçivəsində K. Petrosyanın əsir düşməsinin təfərrüatları, eləcə də onun əsas insan hüquq və azadlıqları haqqında Konvensiyada nəzərdə tutulan hüquqlarının pozulub-pozulmadığı araşdırılacaq.
 
Xatırladaq ki, K. Petrosyan avqustun 7-də erməni diversiya qrupunun tərkibində Azərbaycan ərazisinə keçib və yaxalanıb.
 





15.08.2014    çap et  çap et