525.Az

CHP millət vəkili : “Azərbaycanı təbrik edirəm”


 

CHP Ankara millət vəkili Aylin Nazlıakanın müsahibəsi

CHP millət vəkili : “Azərbaycanı təbrik edirəm”<b style="color:red"></b> - Parlamentin son iclaslarının birində ayaqqabınızı iqtidar millət vəkillərinin başına vurmaq istədiyinizi söylədiniz. Bu qədər radikallığa nə səbəb oldu?
 
- Biz sığınma evlərində olan qadınların seçkidə səs verə bilmələri üçün qanun təklifi hazırlamışdıq. Ancaq təəssüf ki, iqtidar təmsilçiləri burada da həmişəki mövqelərini nümayiş etdirib son dərəcə xoş olmayan sözlər dedilər, hərəkətlər etdilər.
 
- Siz kürsüdə ikən onlar salondan sizə nə deyirdilər?
 
- Fasiləsiz şəkildə söz atırdılar, sözümü kəsməyə, diqqətimi dağıtmağa və çıxışıma başqa mənalar verməyə çalışırdılar. Mən də ona görə dedim ki, hal-hazırda televiziya tamaşaçılarımız sizin dediklərinizi eşitmir, şeytan deyir ki, bu ayaqqabını çıxar, onlara at, ancaq bir ayaqqabıma, bir də sizlərə baxıb düşünürəm ki, buna dəyməz.
Daha sonra iqtidar partiyası parlament qrupu sədrinin müavini məni “Məclisdə radikal hərəkət etməkdə” günahlandırdı. Mən isə bu günə qədər Məclisdə “uçan” təpiklərə, ağır söyüşlərə şahid olduğumu, məsuliyyətsizliyin iqtidar partiyasına mənsub bir zehniyyət olduğunu, baş nazirin qadın jurnalisti mitinq meydanlarında hədəf göstərdiyini, qadınların qəhqəhə çəkməsinin baş nazirin müavini tərəfindən “iffətsizlik” şəklində xarakterizə edildiyini xatırlatdım və belə bir partiyaya məsələləri ancaq onların anlayacağı dildə başa salmaq lazım olduğunu deyərək çıxışımı bitirdim. Bu, hazırkı şəraitdə Məclisdəki atmosferin nə qədər gərgin olduğunu, ölkənin nə qədər qütbləşdiyini və siyasi leksikona getdikcə kişilərin üslubunun hegemon olduğunu göstərməkdədir.
 
- Qanun layihəniz qəbul edilmədi?
 
- Təbii ki, yenə rədd edildi.
 
- Azərbaycan hətta həbsdə olan qadınlara belə səsvermə haqqı tanıyıb. Türkiyədə niyə bu qədər humanist təkliflərin qarşısına sədd çəkilir?
 
- Təəssüf ki, iqtidar millət vəkilləri bu təklifimizi rədd etdilər. Bunun həyata keçirilməsinin praktik metodları var, ancaq iqtidar millət vəkilləri bunu qanunlaşdırmağı qəbul etmirlər. Bu sahədə humanist addım atmış Azərbaycanı təbrik edirəm.
 
- Bu istiqamətdəki çalışmalarınızı davam etdirəcəksinizmi?
 
- Təbii ki. Bu istiqamətdəki çalışmalarımız davam edəcək.

APA
 





15.08.2014    çap et  çap et