525.Az

Çində baş verən zəlzələ nəticəsində 50 nəfər öldü


 

Çində baş verən zəlzələ nəticəsində 50 nəfər öldü

Çinin cənubunda dağlıq ərazidə baş verən zəlzələ nəticəsində ən azı 50 nəfər ölüb, 150-dən çox şəxs xəsarət alıb.

APA-nın “Sinxua” agentliyinə istinadən yaydığı məlumata görə, zəlzələ bölgəsində 20 mindən çox binaya zərər dəyib, 100 mindən çox insan zəlzələ bölgəsindən təxliyə olunub.

Qeyd edək ki, zəlzələ bölgəsində 5,7 bal gücündə ilk təkanlar Bakı vaxtı ilə 08.19 radələrində qeydə alınıb. Çinli seysmoloqlar zəlzələnin yerin 9,8 kilometr dərinliyində baş verdiyini bildirir. Zəlzələ bölgəsində 60-dan artıq təkrar təkanlar qeydə alınıb.

Qeyd edək ki, 2008-ci ilin mayında Sıçuan vilayətində baş verən 8 bal gücündə zəlzələ nəticəsində on minlərlə insan ölüb, Çin dövlətinə 153 milyard dollar ziyan dəyib.

 





07.09.2012    çap et  çap et