525.Az

İran Fars körfəzində yeni hərbi baza yaradıb


 

İran Fars körfəzində yeni hərbi baza yaradıb<b style="color:red"></b>

 İran Fars (Bəsrə) körfəzində yeni hərbi baza yaradıb.

APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, hərbi bazanın açılışı İran İslam İnqilabı Keşikçilər Korpusunun (“Sepah”) baş komandanı, general-polkovnik Məhəmməd Əli Cəfərinin iştirakı ilə ölkənin cənubundakı Hörmüzgan vilayətinə bağlı Bəndər Ləngə liman şəhəri yaxınlığında keçirilib.

 Məqsəd Fars körfəzi və İranla Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında mübahisəli ərazi olan Əbu Musa, Böyük Tonb və Kiçik Tonb adalarının təhlükəsizliyini təmin etmək, müdafiəsini gücləndirməkdir. “İmam Məhəmməd Bağır” adı verilmiş hərbi baza raket sistemləri və hərbi birliklərlə təchiz edilib.

 Qeyd edək ki, hazırda dünya neftinin 1/5-i Fars körfəzindən keçir. Adalarla bağlı zaman-zaman İranla BƏƏ arasında gərginlik yaranır. Belə ki, 1971-ci ildə İran Böyük Britaniyanın Fars körfəzini tərk etməsi ilə hər üç adanın idarəçiliyini öz əlinə keçirib. BƏƏ isə həmin adaların özünə məxsus olduğunu deyərək, İrandan torpaqlarından çıxmasını tələb edir.

 





05.11.2012    çap et  çap et