525.Az

Kamal Abdulla Bilik Fondunun nümayəndələri ilə görüşüb


 

Kamal Abdulla Bilik Fondunun nümayəndələri ilə görüşüb<b style="color:red"></b> Avqustun 15-də Prezident yanında Bilik Fondunun nümayəndə heyətinin Himayəçilik Şurasının üzvü, millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdullayevlə növbəti görüş keçirilib.

Fonddan 525.az-a verilən xəbərə görə, görüşdə Bilik Fondunun “Qardaşlaşmış məktəblər” və “Dini abidələrdə tarixin izləri” layihələrinin gedişi barədə fikir mübadiləsi aparılıb. Fondun icraçı direktoru Oktay Səmədov “Qardaşlaşmış məktəblər” layihəsinə cəlb olunan bölgələr, layihə çərçivəsində keçiriləcək tədbirlər - dəyirmi masalar, viktorinalar, ekskursiyalar, nəzərdə tutulan perspektiv planlar haqqında ətraflı məlumat verib.

K.Abdullayev qardaşlaşmış məktəblərin şagirdləri arasında bir çox sahələrdə - elm, idman, mədəniyyət, intellektual, texnoloji əlaqələrin ilboyu inkişafına xüsusi diqqət ayrılmasının vacibliyini vurğulayıb. Təkcə tədrisdə uğurları ilə fərqlənənlərə deyil, zəif şagirdlərə də həssaslıqla yanaşmağı, həvəsləndirici tədbirlər görməyi tövsiyyə edib.

Görüşdə “Dini abidələrdə tarixin izləri” layihəsi üzrə Bərdə imamzadəsində aparılan ilkin işlərin alimlər, yerli ictimaiyyət, o cümlədən Bərdə ziyalıları arasında maraqla qarşılandığı bildirilib. Layihənin geniş elmi, arxeoloji araşdırmalara təkan verə biləcəyi deyilib.

Bilik Fondunda "Docendo discimus”, "Ustad və şəyird", "Azərbaycan elmi bu gün xaricdə", "Dünya elmi bu gün Azərbaycanda", "Fondun xarici nümayəndəliklərinin yaradılması", "Epizodlar", "Auditoriya +" və s. layihələr üzərində iş gedir.
 





15.08.2014    çap et  çap et