525.Az

Əli Kərimli və Cəmil Həsənli İsa Qəmbərin təşəbbüsü ilə keçirilən toplantıya yenə qatılmayıblar


 

Əli Kərimli və Cəmil Həsənli İsa Qəmbərin təşəbbüsü ilə keçirilən toplantıya yenə qatılmayıblar<b style="color:red"></b>

Bu gün Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) qərargahında müxalif yönümlü siyasi partiya rəhbərlərinin iştirakı ilə bəzi QHT təmsilçilərinin həbsi ilə bağlı tədbir keçirilib.

APA-nın məlumatına görə, KXCP sədri Mirmahmud Mirəlioğlu qeyd edib ki, tədbirə digər siyasi partiyaların rəhbərləri də digər dəvət olunsalar da, qeyri-müəyyən səbəblərdən gəlməyiblər: “Ancaq kim gələr, kim gəlməz, öz işidir. Bura universitet auditoriyası deyil ki, gəlməyən qaib yazaq”.
 
P. Hüseyn isə qeyd edib ki, tədbirə qatılması ilə bağlı AXCP sədri Əli Kərimli ilə danışıb: “Mən ona bildirdim ki, hüquq müdafiəçilərinin həbsi ilə bağlı tədbir keçiririk. O mənə dedi ki, bunları sonra müzakirə edərik, ancaq gəlib-gəlməyəcəyi barədə bir söz demədi”.
 
Ə. Kərimlidən başqa, Milli Şuranın sədri Cəmil Həsənli də toplantıya qatılmayıb.
 
Qeyd edək ki, toplantıda Müsavat başqanı İsa Qəmbər, AXP sədri Pənah Hüseyn, Ümid Partiyasının sədri İqbal Ağazadə, VİP sədri Əli Əliyev, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər, Azadlıq Partiyasının sədri Əhməd Oruc, VAMBP sədri hacıbaba Əzimov, İslam və digər partiyaların nümayəndələri iştirak ediblər.
 
Xatırladaq ki, tədbir İ. Qəmbərin təşəbbüsü, M. Mirəlioğlunun təşkilatçılığı ilə keçirilib.
 
Ə. Kərimli və C. Həsənli bundan əvvəl də eyni mövzuda keçirilmiş tədbirə qatılmamışdılar.

 





15.08.2014    çap et  çap et