525.Az

Müdafiə Nazirliyi türkiyəli könüllülərlə bağlı açıqlama verib


 

Müdafiə Nazirliyi türkiyəli könüllülərlə bağlı açıqlama verib<b style="color:red"></b>

Son vaxtlar erməni kəşfiyyat-təxribat qruplarının qarşısının alınmasında Azərbaycan Ordusunun əsgər və zabitlərinin göstərdikləri hünər və şücaət ölkə ictimaiyyəti tərəfindən dərin rəğbətlə qarşılanır.

Lent.az-ın məlumatına görə, Müdafiə Nazirliyinin yaydığı açıqlamada qeyd edilir ki, cəmiyyətimizin müxtəlif təbəqələrinin nümayəndələri şəhidlərimizin dəfn mərasimlərində yaxından iştirak edir, vətənimizin ərazi bütövlüyü uğrunda həlak olan hərbçilərimizin xatirələrinə öz ehtiramlarını bildirirlər: “Bir həqiqəti qeyd etmək vacibdir ki, ordumuzun ön xətdəki uğurları vətəndaşlarımızda böyük ruh yüksəkliyi yaradıb. Müdafiə Nazirliyinin ünvanına gələn saysız-hesabsız məktublarda, müraciətlərdə vətənpərvərlik hissləri, ordumuzun şəxsi heyətinə rəğbət və dəstək ifadə olunur. Azərbaycanın müxtəlif bölgələrindən və ölkəmizin hüdudlarından kənarda yaşayan azərbaycanlılardan, bir sıra xarici ölkələrdən, o cümlədən, Türkiyə Respublikası vətəndaşlarından Müdafiə Nazirliyinə gələn məktub və elektron müraciətlərin sayı gündən-günə artır. Onlar Azərbaycan əsgəri ilə həmrəy olduqlarını bildirir və torpaqlarımızın azadlığı uğrunda mübarizə əzmini ifadə edirlər. Müdafiə Nazirliyinə daxil olan müraciətlərdən bəzilərini təqdim edirik". 

Yevlax rayon sakini Ruslan Fehruz oğlu Məmmədovun müdafiə naziri Zakir Həsənova ünvanladığı məktubda erməni hərbi birləşmələri tərəfindən mövqelərimizə edilən aramsız hücumlar bir azərbaycanlı kimi məni də hiddətləndiyini bildirib: “Azərbaycan Ordusunun əsgər və zabitlərinin qəhrəmanlığı sayəsində belə cəhdlərin qarşısının qətiyyətlə alınması məni ürəkdən sevindirir. Qürur duyuram. Yevlaxlı gənclər də Vətənimizin müdafiəsinə və torpaqlarımızın işğaldan azad edilməsinə daim hazırdırlar".
 
Ehtiyatda olan hərbi qulluqçu Abbas Məstəliyevin də müraciətində bu gün ehtiyatda olsa  da, müharibə başlayacağı anda könüllü döyüşçülər sırasına qəbul edilməyini xahiş edir. Başqa bir məktubun müəllifi isə, paytaxt sakinlərindən biri - Emin Hafiz oğlu Tarverdiyevdir. O da müraciətində qeyd edir ki, torpaqlarımızın azadlığı uğrunda silaha sarılıb döyüşlərə başlamağa hazırdır.

Ermənistanın hərbi birləşmələrinin təxribat hücumlarına mərdliklə sinə gərmiş Tovuz rayonunun sakinlərindən biri Ramiz Aqil oğlu Abbasovun da müraciəti müdafiə naziri general-polkovnik Zakir Həsənova yazdığı məktubda hər zaman döyüşə hazır olduqlarını ifadə edib. Beləcə, Şəki, Füzuli, Balakən rayonlarından olan gənclər müdafiə nazirinə məktub yazaraq döyüş əmri verildikdə vətənin müdafiəsi uğrunda döyüşməyə hazır olduqlarını dilə gətiriblər.
 
Müraciətlər arasında Türkiyə vətəndaşları da var. 15 ildən artıq Azərbaycanda ailə həyatı qurub yaşayan Erhan Erdok da nazirimizə ünvanladığı müraciətdə Azərbaycan torpaqlarının müdafiəsi üçün savaşa hər an hazır olduğunu bildirib. Bundan başqa Yıldırım Necdət Əhməd, Arslan Volkan Tevfik, Ümran Həsrət Nuri, Arıbaş Hasan, ehtiyatda olan türk hərbçiləri Arıbaş Hasan və Kılıç Kadir nazirliyin ünvanına göndərdikləri müraciətlərində vətənimizin dar günündə bizə yaxından dəstək olacaqlarını bildiriblər: "Sevgili komutanım Zakir Hasanov. Kalbim hep diğer Vatanım Azerbaycan için atmaktadır. İhtiyaç durumunda Azerbaycan Türk ordusuna bir türk oğlu olarak gönüllü katılmak istiyorum. Vatan toprağını savunmak benim şahsım için mukaddestir. Bilgilerinize arz ederim".
 
Sonda bir daha qeyd edək ki, bu məzmunlu müraciətlər Müdafiə Nazirliyinə daxil olmaqda davam edir.

 





15.08.2014    çap et  çap et