525.Az

Erməni nazir girovları dəyişmək istəyindən danışdı


 

Erməni nazir girovları dəyişmək istəyindən danışdı<b style="color:red"></b>

Ermənistanın müdafiə naziri Seyran Ohanyan erməni kəşfiyyat-diversiya qrupunun Tovuzda əsir düşən hərbçisi Karen Petrosyanın cəsədini dəyişmək istədiklərini bəyan edib.

Modern.az  news.am saytına istinadən xəbər verir ki, Seyran Ohanyan Azərbaycanda saxlanılarkən qəfil ölən Karen Petrosyanın meyidinin qaytarılması ilə Beynəlxalq Qırmızı Xaç Komitəsinin məşğul olduğunu bildirib. “Biz Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə əməkdaşlıq edirik. Hal-hazırda bu təşkilatla Karen Petrosyanın cəsədinin dəyişdirilməsi və ya qaytarılması üçün iş, danışıqlar aparırıq, bunun üzərində işləyirik”,-deyə S. Ohanyan söyləyib.

Qeyd edək ki, avqust ayının 7-də Karen Petrosyan adlı diversant avqustun 7-də Tovuzda əsir götürülüb. Bundan sonra o, saxlanıldığı yerdə ürək çatışmazlığından  ölüb. 

Onu da bildirək ki, Kəlbəcərdə erməni silahlı birləşmələri Cəbrayıl sakini Həsən Həsənovu öldürüb, onun meyitini Dağlıq Qarabağda dəfn ediblər. Daha iki azərbaycanlı Dilqəm Əsgərov və Şahbaz Quliyev isə hazırda erməni girovluğundadır. 

 





15.08.2014    çap et  çap et