525.Az

“Azərbaycan problemləri özü həll edə bilir"


 

“Azərbaycan problemləri özü həll edə bilir"<b style="color:red"></b>

“Bir çox dünya ölkələri Azərbaycanı müsəlman ölkəsi kimi tanıyır.

Təbii ki, dünyada müsəlman ölkələrində qadınların rolu ilə bağlı yanlış fikirlər mövcuddur. Ancaq Azərbaycan gördüyü işlər və həyata keçirdiyi layihələrlə müsəlman ölkələrinə qarşı olan fikri dəyişir”. APA-nın xəbərinə görə, bu fikirləri Almaniyanın Azərbaycandakı səfiri Herbert Kvelle deyib.

O bildirib ki, Azərbaycan dünyəvi dövlət olduğu üçün problemləri lazımi səviyyədə həll edə bilir: “Alman vətəndaşı kimi səfir fəaliyyətinə başladığım dövrdən Azərbaycana Almaniyanın gözü ilə baxıram. Bu gün Almaniyada da qadınların cəmiyyətdə iştirakı ilə bağlı vəziyyət 50 faizdən xeyli aşağıdır. Almaniya da bu problemlə üz-üzədir. Hər iki ölkədə qadınların ictimai-siyasi həyatda, qərarların qəbulu prosesində iştirakı ilə bağlı müəyyən problemlər var. Bunların həlli istiqamətində də gələcəkdə birgə tədbirlər və layihələr icra olunacaq”.

 





05.11.2012    çap et  çap et