525.Az

İmişli məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçıları arasında


 

İmişli məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçıları arasında<b style="color:red"></b> Avqustun 16-da səhər tezdən İmişli rayonunun rəhbərliyi, təhsil işçiləri və valideynlər “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində təşkil olunmuş tur-aksiyanın İsmayıllı-Qəbələ- Şəki marşrutu ilə ölkənin şimal-qərb bölgəsinə səfər edən məktəbliləri yola salmaq üçün şəhərin baş meydanına toplaşıblar.

525.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, qrupun rəhbəri, İmişli şəhər 1 nömrəli məktəb-liseyin təlim-tərbiyə üzrə direktor müavini Şakirə Bədəlova  bildirib ki, dörd gün davam edəcək aksiyanın iştirakçıları İsmayıllı, Qəbələ və Şəki rayonlarının tarixi abidələri, sosial-iqtisadi inkişafı, görməli yerləri ilə yaxından tanış olacaqlar.

Ekskursiyanın digər iştirakçıları-İmişli şəhərindəki 5 nömrəli texniki təmayüllü məktəb- liseyin direktor müavini Elnarə Əliyeva, şəhər 2 nömrəli tam orta məktəbin IX sinif şagirdi, dərs əlaçısı Aytac Paşazadə maarifləndirici tur-aksiyanın təşkilindən razılıqlarını ifadə edərək onlar üçün yaradılan bu şəraitə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Sonra məktəblilər onlar üçün ayrılmış avtobusa əyləşərək mərasim iştirakçılarının xeyir-duası ilə İsmayıllı-Qəbələ-Şəki marşrutu üzrə ekskursiyaya yola düşdülər.
 





16.08.2014    çap et  çap et