525.Az

Ermənistan beynəlxalq sərgidə Dağlıq Qarabağı tanıtmaq istəyir


 

Ermənistan  beynəlxalq sərgidə Dağlıq Qarabağı tanıtmaq istəyir<b style="color:red"></b>

Ermənistan Dağlıq Qarabağın turizm potensialını Londonda keçiriləcək beynəlxalq turizm sərgisində öz pavilyonunda tanıtmağa hazırlaşır.

 Bu barədə APA Ermənistan KİV-nə istinadən məlumat verib.

 Məlumatda qeyd olunub ki, noyabrın 5-dən 8-dək Londonda keçiriləcək “World Travel Market” beynəlxalq turizm sərgisində Ermənistan 11 səyahət firması ilə təmsil olunacaq. Erməni pavilyonu həmçinin Dağlıq Qarabağı təqdim edəcək.

 





05.11.2012    çap et  çap et